İzahlı lüğət

ƏZƏLDƏN

zərf Lap əvvəldən, ilk vaxtdan, ibtidadan. Əzəldən deyər ki, bəri dur, bəri; İrəli gedərsən, o durar geri. Q.Zakir. Biganələrlə çünki olub aşina könül; Ey kaş, olmayaydım əzəldən mən aşina! S.Ə.Şirvani. Əzəldən belədir, hər yeni şair; Bir yeni yol bulub, bir əməl bəslər. Ə.Cavad. Əzəldən düşmənəm qorxu ilə mən. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......