ƏZİYYƏTis. [ər.] 1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək. Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun. // Ağrı, ağrı-acı. Yaranın əziyyəti. □ Əziyyət çəkdirmək - əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək. Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət. Əziyyət çəkmək - əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir. - Deyir: - Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük. M.Rahim. Əziyyət olmaq - əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola. - [Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur. Ə.Haqverdiyev. Əziyyət vermək (etmək, eləmək) - incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir. - Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad. Aşıq Ələsgər. Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə. A.Səhhət. Əziyyətə salmaq - narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm. - [Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar. M.S.Ordubadi. Əziyyəti dəymək (toxunmaq) - zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi. Əziyyəti olmaq - əziyyət vermək, incitmək. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub. C.Məmmədquluzadə.
Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş. Çünki bilir rahət əziyyətdədir; 0ad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev. Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi. Divanbəyoğlu. □ Əziyyət çəkmək - zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır. əziyyətlə zərfi 1) böyük çətinliklə, məşəqqətlə, əzabla, əziyyət çəkə-çəkə. Əziyyətlə yerimək. - Mələk nənə əvvəl diz üstə çöküb, sonra ağaca dayanıb, əziyyətlə qalxıb yola düşdü. Ə.Haqverdiyev; 2) əziyyət verilərək, işgəncə ilə. Kəndin ortasında müxtəlif işgəncə və əziyyətlə öldürülmüş meyitlərə baxanda adamın tükləri ürpərirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|