İzahlı lüğət

BOĞAZ1

is. 1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq. - Gülnaz dartınıb onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı. M.İbrahimov.
// Ağız içinin dal tərəfindəki boşluq, hülqum. Boğaz ağrısı.
// Boyun. Saldı boğazına siçanlar cənab; Vəhşət edib etdi pişik iztirab... S.Ə.Şirvani.
Müxtəlif qabların (şüşələrin və s.-nin) ağızları ilə gövdələri arasındakı dar hissə. Şüşənin boğazı. - Durna bulağının dar şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su pıqqıldayır. S.Rəhimov.
Dəyirmanın üst daşındakı deşik. Dəyirmanın boğazına ölü salsan, diri çıxar (çox diribaş, zirək adam haqqında).
Çəkmə və corabın ayaqlıqdan yuxarı hissəsi. Yolçu .. sonra çəkmələrinin boğazını bir az yuxarı qaldırıb, sürətli addımlarla şəhərə tərəf yollandı. S.Rəhman.
Dərələrin, çayların baş tərəfi; çay ağzı. Sürü dərənin boğazında gecələmişdi.
İki dağ arasındakı dar keçid.
coğr. Dənizin iki quru arasındakı dar hissəsi. Dardanel boğazı.
mus. Müəyyən xanəndənin ifaçılıq sənətində işlətdiyi və yalnız ona xas olan xırda zəngulələr, habelə xırda musiqi ibarələri.
□□ Boğaz açmaq - yeməkdən doymamaq, qabağına gələni yemək, acgözlüklə yemək. Boğaz basmaq - xalq təbabətində boğaz gələndə (anginada) onun içərisindəki şişi barmaqla sıxıb əzişdirməkdən ibarət müalicə üsulu. Boğaz olmaq məh. - Borclu olmaq. Boğaz ortağı olmaq - başqasının yeməyinə şərik olmaq. Boğaz otarmaq - müftəxorluq etmək, orada-burada özünü doydurmaq. Boğaz uzatmaq - lovğalanmaq, təşəxxüslənmək. Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Boğaz yırtmaq - qışqırmaq, bağırmaq, bərkdən danışmaq. [Zaman:] Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur! Ə.Haqverdiyev. Boğaz(a) döymək - mübahisə etmək, boş danışmaq, qızğın və kəskin mübahisə etmək, çənə vurmaq. Boğaza dürtmək - b ax boğaz(a) döymək. Boğaza keçmək - başa bəla olmaq, ilişmək, yapışmaq (arzu edilməyən adam, şey haqqında). Bir yandan da kor keçi bir bəla kimi [Həmidin] boğazına keçmişdi. Ə.Məmmədxanlı. Boğaz-boğaza - baş-başa. [Cənnətəli ağa:] Səni o qara köpək ilə boğaz-boğaza bağladacağam, hələ bir gözlə. N.Vəzirov. Boğazdan yuxarı - qeyri-səmimi. Danışır bəziləri, leyk boğazdan yuxarı. M.Ə.Sabir.
Boğazı biçilmək - boğazmdan şey getməmək. Bu xəbərdən sonra xəstənin vəziyyəti xarablaşdı, boğazı biçildi, iştahası kəsildi. Mir Cəlal. Boğazı gəlmək - əsnəyi iltihab etmək. Boğazı qovuşmaq - boğazmm yolu tutulmaq, nəfəs ala bilməmək. Boğazı qovuşub, su da içə bilmir. Boğazı qurumaq - mat qalmaq, qorxmaq, cavab verə bilməmək (qorxudan və s.-dən). Ağa Mərdanın lap boğazı quruyur. M.F.Axundzadə. Səməd xanın boğazı qurudu, güclə cavab verdi. M.S.Ordubadi. Boğazı tovlanmaq - iltihab və s. nəticəsində boğazı təxərrüşlənmək, içi qızarmaq. Boğazı tutulmaq - boğulan kimi olmaq, danışa bilməmək, səsi çıxmamaq (qeyzdən, hirsdən, ağlamaqdan və s.dən). Sübhanverdizadə od tutub yanır, qışqırmaq, haray salmaq istəyir, ancaq boğazı tutulur, ağzı kilidlənir. S.Rəhimov. Boğazına bağlamaq məc. - zorla və ya hiylə ilə qəbul etdirmək, boynuna sarımaq. [Musa:] [Məcnun bəy] elə bir sənin kimisini axtarırdı ki, qızını onun boğazına bağlasın. Ə.Haqverdiyev. Boğazına saxlamaq - bir qarın çörəyə saxlamaq. Varlılar Alı kişinin uşaqlarını boğazına saxlayırdılar. “Qaçaq Nəbi”. Boğazında qalmaq məc. - arzusuna nail olmamaq, ürəyində qalmaq (sözü). Boğazından çıxmaq məc. - əlindən çıxmaq, qismətindən çıxmaq, nəsib olmamaq. Boğazından getməmək (keçməmək) - qorxudan, iztirabdan, yaxud başqa hisslərdən heç bir şey yeyə bilməmək, şiddətli ruhi iztirab keçirmək. Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi. S.S.Axundov. Boğazından kəsmək - qənaət etmək, özünə qıymamaq. [Qafar:] Nə qazanıram ki, uşaqlarımın boğazından kəsib ona kirayə verim. S.S.Axundov. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Boğazından yapışmaq məc. - qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək. Boğazını arıtlamaq - öskürməklə boğazmı təmizləmək, danışmağa hazırlaşmaq. Hüseyn əmi.. əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı. M.S.Ordubadi. Qavalvuran oğlan boğazını arıtlayıb, oxumağa hazırlaşırdı. M.Hüseyn. Bogazını islatmaq zar. - bir az içki içmək. Bogazını qəhər tutmaq - acığından, hirsindən boğularaq ağlamaq istəmək, lakin ağlaya bilməmək. Kişi daha da təsirləndi, boğazını qəhər tutdu. Mir Cəlal. Bogazının yolu qurumaq - bax bogazı qurumaq. Qəribin anasının boğazının yolu qurudu. “Aşıq Qərib”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed