İzahlı lüğət

BAŞLAMAQ

f. 1. Bir işə girişmək, şüru etmək. İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq. Yeni zavod dünəndən işləməyə başlamışdır. - Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. Marallarım mövizə kitablarını rəfdən alıb, tozlarını təmizləyib başladılar əzbərləməyə. Ə.Haqverdiyev.
Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı. - Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Atlı yaxınlaşdıqca onun qucağındakı heyvan da aydın görünməyə başladı. M.Hüseyn.
Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək. Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi ”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır. (Qəzetlərdən).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BUD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed