İzahlı lüğət

BƏT-BƏNİZ

is. bax bəniz. Şiddətli ildırımdan Günəş bağırdı. O birilərində də bətbəniz qalmadı. A.Şaiq. Üçgünlük dəniz səfəri çoxu gəmiyə minməmiş əsgərdə bət-bəniz qoymamışdı. Ə.Əbülhəsən. [Pərzad:] Buna bax! Qızın bət-bənizi qalmayıb ha! Mir Cəlal.
Bət-bənizdən olmaq - bax bət-bənizi ağarmaq (qaçmaq, uçmaq). Yoldaşım bunların səsini eşitcək, bət-bənizdən olub özünü itirdi. Çəmənzəminli. Bət-bənizi agarmaq (qaçmaq, uçmaq) - qorxudan və ya qəfildən verilən pis xəbərdən, xəstəlikdən və s. nəticəsində üzünün rəngi qaçmaq, ağarmaq. Humay .. bət-bənizi uçmuş və məhzun halda düşünür. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed