İzahlı lüğət

ATMACA

is. Birinə sataşmaq məqsədi ilə, yaxud zarafatla deyilən kinayəli söz. [Mindilli:] Yusif atmaca ilə danışma. S.Rəhman. Gülsənəmin atmacasından sonra heç kim dinmirdi. M.Hüseyn. Nərgizin atmacaları, Həbibin eyhamları səmərə vermədi. Ə.Vəliyev.
// Sif. mənasında. [Kərbəlayı Rəcəb:] O zalım balası da həmişə mənim atmaca sözlərimi özgə cürə yozub. N.Vəzirov. [Hətəm:] Bu qızdan elə atmaca söz çıxır ki! Mir Cəlal.
□ Atmaca atmaq - kinayəli söz atmaq. Adamların içində danışıq genişləndi, mübahisə şəklində yerdən atmacalar atıldı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments