It is exist

İzahlı lüğət

ARAN

is. Azərbaycanda: yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yerlər. Azərbaycanın əsas aran yerləri Muğan, Qarabağ, Şirvan və Mil düzləri hesab olunur. Yayda aran çox isti olur. - Əziziyəm bağ ilən; Bağça ilən, bağ ilən; Dedin aranda gözlə; Yolun saldın dağ ilən. (Bayatı). Arandan qaçıb gələn köç, yolları və şəhərin ətrafındakı dağ və təpələri doldurmuşdu. Çəmənzəminli.
// Düzənlik (dağ müqabili). [Kərim bəy] təpənin ortasındakı taladan, həm arana seyr etməyə, həm də buradakı rəsədxanaya baxmağa gəlmişdi. Mir Cəlal. Fəcrin soyuq tonqalı buludlarda yananda; Mən də tonqal qalardım gah dağda, gah aranda. Ə.Cəmil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ADA

......
first box will be shown second NOT