Sizin hazırki nikiniz (ləğəbiniz)

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3243

Səbir ağacı hər bağda göyərməz.

Atalar sözü ID - 3244

Səbir Allahdan, səbirsizlik Şeytandan.

Atalar sözü ID - 3245

Səbir cənnət açarıdı.

Atalar sözü ID - 3246

Səbir eləyən muradına yetişər.

Atalar sözü ID - 3247

Səbir eyləyənin ağzı bal dadar.

Atalar sözü ID - 3248

Səbir eylərəm, səbir daşı, çatladı ürəyim başı.

Atalar sözü ID - 3249

Səbir ilə halva olar, ey qora, səndən.

Atalar sözü ID - 3250

Səbir-səbir, axır bir sınıq qəbir.

Atalar sözü ID - 3251

Səhər günüylə qızmayan axşam günüylə qızınmaz.

Atalar sözü ID - 3252

Səhvi dəyirmançı elər; buğda aparar un gətirər.

Atalar sözü ID - 3253

Səksən doxsan, bir gün yoxsan.

Atalar sözü ID - 3254

Sən ağa, mən ağa, inəkləri kim sağa.

Atalar sözü ID - 3255

Sən ağacı əlinə al, oğrunu it qapacaq.

Atalar sözü ID - 3256

Sən ağacı götür, suçlu özün bildirər.

Atalar sözü ID - 3257

Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq.

Atalar sözü ID - 3258

Sən bizim nəhrəmizi çalxala, mən gedim bəylik evinin nəhrəsini çalxalamağa.

Atalar sözü ID - 3259

Sən burda dur, yamanca, mən bir yaxşısın tapılınca!

Atalar sözü ID - 3260

Sən doğru ol, əyri bəlasın tapar.

Atalar sözü ID - 3261

Sən gördüyün ağaclar kürəkliyə kəsildi.

Atalar sözü ID - 3262

Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm.

Atalar sözü ID - 3263

Sən haqnan ol, haqq da sənlə olar.

Atalar sözü ID - 3264

Sən ki qorxursan pişikdən, niyə çıxırsan deşikdən?

Atalar sözü ID - 3265

Sən qurd isən, al görüm, mən çobanam, vermərəm.

Atalar sözü ID - 3266

Sən məni atının tərkinə almırsan, mən səni itimin tərkinə almaram.

Atalar sözü ID - 3267

Sən mənim bir üzümü ağart ki, mən də sənin iki üzünü ağardım.

Atalar sözü ID - 3268

Sən oxuyanları mən toxumuşam.

Atalar sözü ID - 3269

Sən razı, mən razı, nə qələt eləyir qazı?!

Atalar sözü ID - 3270

Sən saydığını say, gör fələk nə sayır.

Atalar sözü ID - 3271

Sən sözü at, yiyəsi özü götürər.

Atalar sözü ID - 3272

Sən yediyini bilməsən, mən doğradığımı bilirəm.

Atalar sözü ID - 3273

Səndən ehtiyacı olanı başqasına möhtac eləmə.

Atalar sözü ID - 3274

Səndən hərəkət, məndən bərəkət.

Atalar sözü ID - 3275

Səndən qüvvətli ilə tutuşma.

Atalar sözü ID - 3276

Səndən ötrü xəstə olana sən öl.

Atalar sözü ID - 3277

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Atalar sözü ID - 3278

Səni istərəm, çox istərəm, bir gözünü yox istərəm.

Atalar sözü ID - 3279

Səni səndən soruşmazlar, eldən soruşarlar.

Atalar sözü ID - 3280

Sənin atın mənim arpamın gücünə yorğa gedir.

Atalar sözü ID - 3281

Sənin həftəndən motal olmaz.

Atalar sözü ID - 3282

Sənin üçün ya bağa yarpağı, ya quzu qulağı.

Atalar sözü ID - 3283

Səninki səndə, mənimki məndə.

Atalar sözü ID - 3284

Sənətə kəc baxan ac qalar.

Atalar sözü ID - 3285

Sənətinə kim xor baxar, boynuna torba taxar.

Atalar sözü ID - 3286

Sərçə dağdan küsüb, dağın da xəbəri yox.

Atalar sözü ID - 3287

Sərçə nədi, bildirçinə don biçə?!

Atalar sözü ID - 3288

Sərçədən qorxan gərək darı əkməsin.

Atalar sözü ID - 3289

Sərçənin nəğməsi yox, civ-civi çox.

Atalar sözü ID - 3290

Sərv ağacı nə qədər uca ola, əsli yoxdu, budağında bar olmaz.

Atalar sözü ID - 3291

Sıyıq ilə yıxılan ev aş bişir viran olsun.

Atalar sözü ID - 3292

Siçan görəndə pələngə oxşayan pişik pələng görəndə siçana dönər.

Bu səhifə 167 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla