Mürəkkəb cümlələr

Mürəkkəb cümlələrin növləri. Hissə 1.

Test ID - 84599
Müəllif: arzu03 (Əlavə edilib: 24.10.2016)

Tabesizlik bağlayıcılarından biri tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənə bilməz:

amma
ilə
hətta
həm də

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı sıradakı mürəkkəb cümlə deyil?

Uşaqlar həyətdə oynayır, evdə sakit otururdular
Aynur sevimli gəlinciyini də ozuylə götürdü
Anar həm çalışqandır, həm de əlaçı
Ana öz oğlunu doyunca öpdü, qoxuladı, bağrına basdı
Tankları yudular, rənglədilər, döyüşə hazırladılar

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnib
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissə nəticəni, ikinci tərkib hissə isə səbəb bildirir

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin ismi xəbərinə aid olur
Tamamlıq budaq cümləsi baş cümləyə ki bağlayıcısı olmadan da bağlana bilir
Bəzən tamamlıq budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
Tamamlıq budaq cümlələri də vasitəsiz və ya vasitəli tamamlığın suallarına cavab verir

Səbəb budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:

Coşğunu bir həftəlik gəzintiyə göndərdilər, ona görə ki, o dərs əlaçısıdır
Biz zəhməti ona görə sevirik ki, əsl insan kimi yaşayaq
Kəndlilər palçığa saman qatırdılar ki, qışda evin divarlarını yağış yumasın
Vüqar ona görə belə tez getdi ki, qatara vaxtında çatsın

Məqsəd və səbəb budaq cümləli tabeli mürəkkəb cümlələri bir – birindən fərqləndirən əlamətlərdən biri səhvdir:

Səbəb budaq cümləsinin xəbəri əksərən felin xəbər şəklində, məqsəd budaq cümləsinin xəbəri isə əmr və ya arzu şəklində olur
Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma, məqsəd budaq cümləsi isə məsdər tərkibi və qoşma şəklində sadələşir
Səbəb budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən əvvələ, məqsəd budaq cümləsinin ifadə etdiyi iş baş cümlədəki işdən sonraya aid olur
Səbəb budaq cümləsi baş cümlədən sonra, məqsəd budaq cümləsi isə baş cümlədən əvvəl işlənir

Tabeli mürəkkəb cümlə hansıdır?

Şəhərdə işlərini tez qurtarsaydın, hava qaralmamış kəndə yola düşərdik
Rəşid işdən saat 7 – də gəlməli idi, ancaq gəlmədi
Oqtay dərslərini oxudu, yoldaşları ilə gəzməyə getdi
O, əl – üzünü yuyub, saçlarını daradı

Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrdən hansı yanlışdır?

Aslanın sualı usta üçün təzə olmasa da, qəribə görünürdü
İntizar saatları nə qədər ağır olsa da, gəlib keçdi
Qızılgül ətrindən doysa bir nəfər, ona haram olar başqa ətirlər
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

Biri tabeli mürəkkəb cümlə deyil:

Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır

Səhv fikir hansıdır?                                                               Torpaq deyir:" Səndən hərəkət, məndən bərəkət"

Bu cümlədəki vasitəsiz nitq qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir
Vasitəsiz nitqdəki mürəkkəb cümlənin tərəfləri intonasiya ilə bağlanmışdır
"səndən", "məndən" sözləri çıxışlıq hallı əvəzliklə ifadə olunmuş vasitəsiz tamamlıqlardır
Vasitəsiz nitqli bu cümləni vasitəli nitqə çevirsək tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə alınar
Müəllifin sözləri müxtəsər cümlədir, feli xəbərlidir

Hansı budaq cümlə baş cümlədəki  hal və hərəkətin zamanını bildirir?

Beş-on dəqiqə keçməmişdi ki, külək güclənməyə başladı
Hara deyirsən, gedək
O nə qədər bacarırdı, yedi
Kəndə gedə bilmədim, yollar xarabadır

Tabesiz mürəkkəb cümləni göstərin

Mənim getməyimə baxmayaraq, o gəlməmişdi
Mən getmişdim ki, dərs oxuyum
Hava buludlu idi, yağış isə yağmırdı
Mən oxuduğum halda, o oxumadı
Heç biri mürəkkəb cümlə deyil

Hansı məna əlaqəsinə ortaq zaman zərfliyi var?

səbəb nəticə əlaqəsi
bölüşdürmə əlaqəsi
qarşılaşdırma əlaqəsi
zaman əlaqəsi
ardıcıllıq əlaqəsi

Hansı cümlədə budaq cümlə baş cümlədən əvvəl işlənib?

Mənə elə gəldi ki, bizə kimsə göz qoyur.
Elə gecələr də var idi ki, sevincdən səhərə kimi yata bilmirdim.
Biz qərara aldıq ki, sabah iməcilik keçirilsin.
Kim sualın cavabını bilirsə, o cavab versin.

"Mən ona oğul deyərəm ki, bütün imtahanlardan beş alsın" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:

təyin budaq cümləsi
tərzi hərəkət budaq cümləsi
tamamlıq budaq cümləsi
xəbər budaq cümləsi
kəmiyyət budaq cümləsi

"Rəşid gəldi ki, artıq onlar yoxdur" Budaq cümləsinin növünü tapın

zaman budaq cümləsi
səbəb budaq cümləsi
məqsəd budaq cümləsi
budaq cümlə deyil
mübtəda budaq cümləsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed