Sizin hazırki nikiniz (ləğəbiniz)

Mürəkkəb cümlələr

Şərt budaq cümləsi. Hissə 1.

Test ID - 50036
Müəllif: Admin (Əlavə edilib: 20.09.2011)

Şərt budaq cümləli tabeli mürəkkəb cümləni tapın:

Sən kəkliyi nə qədər sevsən də, onun xasiyyətini hələ yaxşı bilmirsən
Məhtaban ürəkdən istəsə belə, bu hündür hasardan aşa bilməzdi
Qızınız Ərmağan bilsə, qiyamət qoparacaq
Varım, dövlətim olmasa da, qolumun gücü ilə sizə kömək edərəm

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Əmr cümləsini tapın:

Tapşırıqlar həll edilməlidir
Vaxtınız qədrini bilin
Deyilənlər doğru oldu
Xəbərlər ona çatdırılasıdır
Bu gəlişi bizi təəcübləndirdi

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:

Yağış yağdı, havaya bir sərinlik gəldi
Ya sən məktub yazmamısan, ya da məktub yolda itib
Qapını itələdim, ancaq açılmadı
Nə o bunu dindirir, nə də bu onu danışdırır

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir
Məqsəd budaq cümləsi niyə? nə üçün? nə məqsədlə? Suallarından birinə cavab verir
Məqsəd budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində sadələşir
Məqsəd budaq cümləsinin xəbəri əmr və ya arzu şəklində olur

Zaman budaq cümləsi hansı suallara cavab verir?

Necə? nə cür?
Nə qədər?
Haraya? harada?
Nə vaxt? nə zaman? haçan?

Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır
Baş cümlənin xəbəri, adətən odur, budur, o idi, bu idi sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir
Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır
Xəbər budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan, o yerdə ki, bağlayıcı sözlərlə bağlanır

Zaman əlaqəsi yaradan bağlayıcılar hansıdır?

İştirak və inkar
İştirak və bölüşdürmə
İştirak və səbəb-nəticə
İnkar və səbəb-nəticə
İnkar və bölüşdürmə

Tabeli mürəkkəb cümlənin təhlil qaydası sırasında verilənlərdən biri səhvdir:

Mürəkkəb cümlənin növü
Budaq cümləni baş cümləyə bağlayan vasitə
Budaq cümlənin növü
Məna əlaqəsi

Hansı əlaqə növü bütün tabeli mürəkkəb cümlələrdə olur?

Ardıcıllıq
Səbəb- nəticə
Qarşılaşdırma
Zaman
Heç biri

Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün - budaq cümlənin növünü göstərin:

Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi
Kəmiyyət budaq cümləsi
Xəbər budaq cümləsi

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:

Amma, ancaq bağlayıcılarının köməyi ilə
İstər, istərsə də bağlayıcılarının köməyi ilə
Lakin bağlayıcısının köməyi ilə
Yəni bağlayıcısının köməyi ilə

O dedi: « Biz doğma yurdumuza qayıdacağıq » Cümlə hansı sxemə uyğun gəlir?

“ V ” – m, - v
M: « V »
“ V ”, - m
M: « V! »

"İşıqlar söndü, kino başladı" cümləsinin məna növünü deyin:

Ardıcıllıq
Zaman
Aydınlaşdırma
Bölüşdürmə
İştirak

Zaman əlaqəsinin əsas göstəriciləri hansılardır?

İnkar bağlayıcısı
İştirak bağlayıcısı
Birləşdirmə bağlayıcısı
Zaman şəkilçiləri
İntonasiya

Tabeli mürəkkəb cümləni seçin:

Payız gəlir, ağacların yarpaqları saralır
Natiq çox danışdı, ancaq qulaq asan olmadı
Otağın pəncərələri taybatay açıldı və içəriyə sərin hava axdı
Əsas məsələ budur ki, qonaqlar yaxşı qarşılansınlar

"Mən ona oğul deyərəm ki, bütün imtahanlardan beş alsın" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:

təyin budaq cümləsi
tərzi hərəkət budaq cümləsi
tamamlıq budaq cümləsi
xəbər budaq cümləsi
kəmiyyət budaq cümləsi

Biri mürəkkəb cümlə deyil;

Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq

Hansı budaq cümlələrdə hər zaman budaq cümlə birinci gəlir?

yer, kəmiyyət, təyin
zaman, kəmiyyət
yer, kəmiyyət, qarşılıq-güzəşt
mübtəda, xəbər, təyin
təyin, yer, zaman

"Rəşid gəldi ki, artıq onlar yoxdur" Budaq cümləsinin növünü tapın

zaman budaq cümləsi
səbəb budaq cümləsi
məqsəd budaq cümləsi
budaq cümlə deyil
mübtəda budaq cümləsi

Tabeli mürəkkəb cümləni seçin:

Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi icazə vermədi
Mən belə bir qərara gəlmişəm ki, onları götürüb yaylağa aparım
Güclü qar yağdı, yollar buz bağladı
Yaşatmaq çətindir, unutmaq asan
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.