Mürəkkəb cümlələr

Baş və budaq cümlələr. Hissə 1.

Test ID - 52242
Müəllif: Admin (Əlavə edilib: 14.11.2011)

Ədatla işlənən tabeli mürəkkəb cümlə hansıdır?

Aytən evə bir balaca gec gəldimi, anası ağır intizara düşürdü
Bütün bunlar onun üçündür ki, sən rahat oxuya biləsən
Zəhmət olsa da, gərək gözləyəsiniz
Məlumdur ki, düşmən asanlıqla yenilməz

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Səbəb -nəticə əlaqəli tabesiz mürəkkəb cümləni ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədən fərqləndirən cəhətlər nədir?

səbəb-nəticə əlaqəli mürəkkəb cümlə iki tərkib hissədən ibarət olmur.
ardıcıllıq əlaqəli mürəkkəb cümlələr isə iki sayda tərkib hissədən ibarət olur.
səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədə tərəflərdən biri görülmüş işin səbəbini, digəri isə nəticəsini bildirir.
ardıcıllıq əlaqəli mürəkkəb cümlədə işin ardıcıl icrası baş vermir.
heç biri düzgün variant deyil.

Hansı mürəkkəb cümlə deyil?

Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
Oğru da mənəm, doğru da?
O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq

Tabesiz mürəkkəb cümlə hansıdır?

Var səsi ilə qışqırmaq istədi Şahnaz, ancaq səsi çıxmadı
Atlar öküzlər kotana güc vurur, gah yeriyir, gah yıxılır, gah durur
Yazıq uşaq başını aşağı saldı, heç bir söz demədi
Mən sənə demişdim: bu işin sonu yoxdur
Harada aş, orada baş

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr hansı suala cavab verir?

Niyə? Nəyə görə? nə səbəbə?
Niyə? nə üçün? nə məqsədlə?
Nə qədər?
Necə? nə cür?

Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin ismi xəbərinə aid olur
Tamamlıq budaq cümləsi baş cümləyə ki bağlayıcısı olmadan da bağlana bilir
Bəzən tamamlıq budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
Tamamlıq budaq cümlələri də vasitəsiz və ya vasitəli tamamlığın suallarına cavab verir

Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?

Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
Baş və budaq cümlələrdən ibarət olmaq
Bağlayıcı sözlərin iştirakı
Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək

Vasitəli tamamlıq budaq cümləsi hansıdır?

Kim tez gəlsə, tapşırığı ona verərik
Gördüm ki, həyatın çətin yolları var
Bilirəm, ellərin düz vəfası var
Qəşəm kişi bunu da hiss etdi ki, həmin hadisə cavanlıqla bağlıdır

Qarşılıq – güzəşt budaq cümləsini seçin:

Ata nə edirdisə, uşaq da təkara edirdi
Gecə yarıdan keçmişdi, hamı yatırdı
Gecə yarıdan keçsə də, heç kəs yatmamışdı
Hara getdisə, heç kəsin xəbəri olmadı

"Xeyirli olmasına baxmayaraq, bu iş onları maraqlandırmadı" cümləsi hansı budaq cümlənin sadələşmiş formasıdır?

tamamlıq budaq cümləsi
zərflik budaq cümləsi
təyin budaq cümləsi
qarşılaşdırma budaq cümləsi
şərt budaq cümləsi

Biri mürəkkəb cümlə deyil;

Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq

Budaq cümlənin hansı növündə tabesizlik bağlayıcılarından istifadə olunur?

zaman budaq cümləsində
yer budaq cümləsində
tərzi-hərəkət budaq cümləsində
qarşılıq budaq cümləsində
təyin budaq cümləsində

Hansı tabesiz mürəkkəb cümlənin məna əlaqələrinə aid deyil?

Zaman əlaqəsi
Səbəb-nəticə əlaqəsi
Ardıcıllıq əlaqəsi
Bölüşdürmə əlaqəsi
Paylaşdırma əlaqəsi

Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin

Bu elə meyvədir ki, yeyəndə cavanlaşırsan.
Sən nə cür istəyirsən, elə də düzəlt
Mən bilirəm. Sən nə fikirləşirsən.
Ölkəmizin təbii sərvətlərə malik olduğu hamıya məlumdur
Son söz bu idi ki, onu kəndlərinə aparsınlar

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə nə vaxt sadə cümləyə çevrilə bilməz?

Cümlə mürəkkəb olduqda
Baş cümlə əvvəl gəldikdə
Bağlayıcılar olduqda
Budaq cümlə əvvəl gəldikdə
Bağlayıcılar olmadıqda

Müəllim:" Uşaqlar dərslərə hazır gəlin" dedi.

M:"V"-m
M:"v"-m-"v"
"V"-m
"M?"-v
"V?"-m
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed