Mürəkkəb cümlələr

Səbəb budaq cümləsi. Hissə 1.

Test ID - 78605
Müəllif: Qonaq__1823535 (Əlavə edilib: 18.08.2014)

Səbəb budaq cümləsi hansı budaq cümləyə bənzəyir?

tamamlıq
təyin
məqsəd
mübtəda
xəbər

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələrdən biri quruluşca mürəkkəb deyil:

Arabir göy guruldayır, yağış güclənirdi
Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
Elə özü deyir, özü də eşidirdi
Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən informasiya ilə bir – birinə bağlanır
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir

Yer budaq cümləsi hansı suallara cavab verir?

Nə qədər?
Haraya? harada? haradan?
Niyə? nə üçün? nə səbəbə?
Niyə? nə üçün? nə məqsədlə?

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr hansı suala cavab verir?

Niyə? Nəyə görə? nə səbəbə?
Niyə? nə üçün? nə məqsədlə?
Nə qədər?
Necə? nə cür?

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir
Məqsəd budaq cümləsi niyə? nə üçün? nə məqsədlə? Suallarından birinə cavab verir
Məqsəd budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində sadələşir
Məqsəd budaq cümləsinin xəbəri əmr və ya arzu şəklində olur

Zərflik budaq cümlələrinin növlərindən deyil:

Keyfiyyət budaq cümləsi
Yer budaq cümləsi
Zaman budaq cümləsi
Məqsəd budaq cümləsi

Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün - budaq cümlənin növünü göstərin:

Məqsəd budaq cümləsi
Səbəb budaq cümləsi
Kəmiyyət budaq cümləsi
Xəbər budaq cümləsi

Ədatla işlənən tabeli mürəkkəb cümlə hansıdır?

Aytən evə bir balaca gec gəldimi, anası ağır intizara düşürdü
Bütün bunlar onun üçündür ki, sən rahat oxuya biləsən
Zəhmət olsa da, gərək gözləyəsiniz
Məlumdur ki, düşmən asanlıqla yenilməz

Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:

Kəmiyyət budaq cümləsi baş cümlədən sonra işlənir
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir
Kəmiyyət budaq cümləsi baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə bağlanır
Baş cümlədə qarşılıq bildirən o qədər sözü işlənmədikdə onu təsəvvür və bərpa etmək mümkündür

“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:

Zaman budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

Fikirlərdən biri səhvdir:

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə sadə cümlələrin yerini dəyişsək, məna dəyişməz
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr bağlayıcısız işlənmir
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələr sadalanır
Tabesiz mürəkkəb cümlələri təşkil edən cümlələr həm şəxsli, həm də şəxssiz ola bilər

Biri feli bağlama tərkibidir:

evə çatanda
onun oxumağı
dərsi oxuyan
yalan danışmaq

"Uşaq məktəbə gecikmişdi, çünki avtobus yolda xarab olmuşdu" tabeli mürəkkəb cümləsinin qrammatik təhlili haqqında verilənlərdən biri səhvdir:

I tərəf baş, II tərəf budaq cümlədir
Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir
Budaq cümlə baş cümləyə çünki bağlayıcısı ilə bağlanmışdır
Hər iki tərəf nəqli, sadə, müəyyən şəxsli, müxtəsər cümlədir

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

Avtobus dayandı, sərnişinlər mindilər
Akif yazır, Ruslan oxuyur
Dondurma qurtardı, uşaq ağladı
Havalar soyudu, insanlar isti paltar geyindilər
Işıq gözümüzə düşür, gözlərimiz qamaşırdı

M.F. Axundzadə Azərbaycan ədəbiyyatına nə yenilik gətirmişdir?

Sərbəst şeir nümunəsini yazmışdır
Faciə janrını gətirmişdir
Dramaturgiyanın əsasını qoymuşdur
İlk poema yazmışdır
Hekayə yazmışdır

Hansı cümlədə durğu işarəsinin yeri yanlışdır?

Kimə ki məktub gəlirdi, o, hədsiz dərəcədə sevinirdi
O haraya ki, gedir uşağı da özü ilə aparir
Nə zaman demişdiniz, o zaman da gəlmişəm
Bir halda ki gəlmişəm, sözünü de
Üzünə baxmaram, əgər sözümdən çıxsan

Səbəb-budaq cümləsi hansı budaq cümləyə bənzəyir?

tamamlıq
təyin
məqsəd
mübtəda
xəbər

"Rəşid gəldi ki, artıq onlar yoxdur" Budaq cümləsinin növünü tapın

zaman budaq cümləsi
səbəb budaq cümləsi
məqsəd budaq cümləsi
budaq cümlə deyil
mübtəda budaq cümləsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed