Sizin hazırki nikiniz (ləğəbiniz)

III Bölmə. Köməkçi nitq hissələri

Modal sözlərin mənaca növləri. Hissə 1.

Test ID - 49737
Müəllif: Admin (Əlavə edilib: 29.08.2011)

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:

Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Mürəkkəb fellər hansı cərgədədir?

rast gəlmək, yola gəlmək
həll etmək, yaza bilmək
deyib-gülmək, atılıb-düşmək
ürəyi yanmaq, ürəyi getmək
silib-süpürmək, yaxşı olmaq

Arzu şəkli ilə bağlı hansı fikir səhvdir?

İşin gələcəkdə icrasının arzu edildiyini bildirir
Fel kökünə və ya başlanğıc formaya  -a2(-ya2) şəkilçisi artırmaqla düzəlir
Arzu şəkilində feldən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir
Arzu şəkilinə isə hissəciyi artırıla bilər
III şəxsin təkində şəxs şəkilçisi olmur

Fel haqqında deyilənlərdən biri səhvdir?

Hərəkət bildirir
6 qrammatik məna növü var
təsirli və təsirsiz olur
təsdiqdə inkarda olur
5 şəkli var

Cümlələrdən birində zaman zərfi işlənməmişdir:

Qabaq burada böyük hovuz var idi
Mən onu gündə görmək istəyirəm
O, qıraqda dayanmışdi
Gecə yola düşməliyik
Hava gündüz çox isti idi

Hansı şəkilçilər təsirsiz feldən təsirli fel yarada bilər?

-ıl, -ın
-dır, -ır
-lan, -ıl
-la, -laş
-ma, -dır

Modal sözlər haqqında hansı fikir səhvdir?

Modal sözlər quruluşca sadə və mürəkkəb olur
Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır
Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir
Modal sözlər cümlənin sonunda işlənə bilmir

“Və, ilə” qoşmaları hansı məna növündədirlər?

məkan mənalı
zaman mənalı
birgəlik mənalı
istinad mənalı
fərqləndirmə mənalı

Yiyəlik halda olan sözlərə qoşulan qoşmaları göstərin.

qədər, -dək, üçün, sarı, -la2
qədər, kimi, ilə, tək, üçün
tək, tərəf, -can2, -dək, ötrü
başqa, qeyri, savayı
qədər, kimi, sonra, əvvəl

Aşağıdakı fikirlərdən biri səhvdir:

Qoşmalar, əsasən, isimlərə qoşulur və həmin isimlərlə başqa sözlər arasında əlaqə yaradır
Qoşma ismin bütün hallarında olan sözlərə qoşulur
Qoşmalar ismi əvəz edən əvəzliklərlə, məsdərlə, bəzi zərflərlə, eləcə də substantivləşən başqa sözlərlə də işlənə bilir
Qoşmaların aid olduğu sözlər, hansı nitq hissəsindən olur – olsun, ismin hallarından birində işlənir

Felin şəxs və kəmiyyətə görə dəyişməsi haqqında fikirlərdən biri səhvdir:

Felin bildirdiyi hərəkət ayrı – ayrı şəxslər tərəfindən icra edilir
Azərbaycan dilində qrammatik cəhətdən 3 şəxs var
Fellər şəxslərə aid şəkilçilər qəbul etsələr də dəyişmir
Felin şəxs və kəmiyyətə görə dəyişməsini göstərən şəkilçilər şəxs sonluqları adlanır
variantların heç biri doğru cavab deyil

“ Olmalıdır ” - felinin morfoloji təhlilindəki səhvi seçin:

Felin vacib şəklindədir
“ dır ” - xəbərlik şəkilçisidir
“ ol ” – felin köküdür
Təsirli feldir

Təsirli və təsirsiz fellərə aid fikirlərdən biri səhvdir:

Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə çevrilə bilmir
Təsirli olub – olmamağa görə fellər iki növ olur
İsmin təsirlik halını tələb edən fellərə təsirli fellər deyilir
İsmin təsirlik halını tələb etməyən fellərə təsirsiz fellər deyilir

Birgəlik növündə olan fel hansı cümlədə işlənmişdir?

Polislər Cəmilin qolundan bərk-bərk yapışmışdılar
Mələşmir sürülər, kişnəmir atlar
Bəziləri vəziyyətdən istifadə edib aləmi qarışdırdılar
Ruhum təzələnir, məst olur ürək
Qonaqlar görüşdülər

Felin təsriflənən formaları üçün verilmiş fikirlərdən hansı səhvdir?

Şəxsə və kəmiyyətə görə dəyişmir
Zamana görə dəyişməsi
Kəmiyyətə görə dəyişməsi
Şəxsə görə dəyişməsi

Feli sifətin felə aid xüsusiyyətlərindən biri deyil:

Hərəkət mənası bildirir
Təsdiq və inkar olur
Təsirli və təsirsiz olur
İsmə aid olur və isimdən əvvəl işlənir

İsimləşmiş feili sifət olan cümləni göstərin

Sayanın quluyam, saymayanın ağası
Qürbət görməyən adam vətən qədri bilməz
Çalağan pişik balasının üstünə şığıdı
Bu yerlərin dəyişkən iqlimi var
Sürüdəki keçilərdən biri yaman vurağan idi

Hansı qoşmaların yazılışında səhvə yol verilmişdir?

Hazırlamaq üçün, axşama kimi
Evə doğru, axşamadək
Qələm ilə, hisslərlə
Səhərə cən, axşama dək

Bağlayıcı və ədat kimi işlənən sözləri göstərin:

Ki, ancaq
İlə, necə
Necə, nə
Amma, ancaq

Aidlik bildirən qoşmalar hansı nitq hissəsinə qoşulur?

adlıq
yönlük
yiyəlik
yerlik
çıxışlıq

Məsdər haqqında fikirlərdən biri düzgündür:

Hallanmır
Mənsubiyyətə görə dəyişmir
Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
Zamana görə dəyişmir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.