Sizin hazırki nikiniz (ləğəbiniz)

III Bölmə. Köməkçi nitq hissələri

18. Ümumi məlumat. Hissə 1.

Test ID - 48609
Müəllif: Admin (Əlavə edilib: 18.05.2011)

Köməkçi nitq hissələri haqqında fikirlərdən biri səhvdir:

Köməkçi nitq hissələrinə aid sözlərin lüğəvi mənaları olmur
Köməkçi nitq hissələrinə aid sözlər müstəqil işlənə bilmir
Köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü ola bilir
Köməkçi nitq hissələrinə aid sözlər heç bir suala cavab vermir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Qrammatik cəhətdən fel bildirir:

Hərəkət
Ad
Hərəkətin əlamətini
Hərəkətin sırasını

Hansı cərgədə feli bağlamanın şəkilçiləri
göstərilib?

-ıb, -araq, -a, -a
-a, -acaq, -dıqda
-acaq, -araq, -ıncı
-ıb, -dığı, -acaq
-a, -a, -acaq, -araq

Sadə fellərə qrammatik şəkilçilər artırdıqda, onlar müxtəlif formalara düşür. Bu fellər mürəkkəb fel olur, yoxsa sadə fel olaraq qalır?

Mürəkkəb fel olur
Sadə fel olur
Tərkibi fel olur
Həm sadə, həm mürəkkəb ola bilər
düzəltmə fel olur

Modal sözlərin quruluşca hansı növləri vardır?

mürəkkəb
düzəltmə
sadə və tərkibi
tərkibi, düzəltmə
düzəltmə, sadə

Ədatlar cümlədə hansı cümlə üzvü kimi işlənir?

Mübtəda
Xəbər
Təyin
Tamamlıq
Ədatlar cümlədə heç bir cümlə üzvü kimi işlənmir

Qeyri qəti gələcək zaman şəkilçisi hansıdır?

-di4
-mis4
-ir4(yir4)
-acaq2, -yacaq2
-ar2(-yar2)

Hansı sözlər nəticə bildirən modal sözlərdir?

sözsüz, əlbəttə, sanki
elə bil, guya, birincisi
duzu, demək, təəssüf
xülasə, bir sözlə, qərəz

Felin məlum növünə aid deyil:

Xüsusi leksik şəkilçisi yoxdur
Məlum növdə fellər həm təsirli, həm təsirsiz olur
Hərəkətin subyekti məlum olur
Məlum növ fellər yalnız təsirsiz olur

Hansı şəkilçi təsirli feldən təsirsiz fel düzəldə bilir?

-ış(-iş, -uş, -üş)
-lıq(-lik, -luq, -lük)
-dı(-di, -du, -dü)
-acaq,-əcək

Sadə zərflərə aiddir:

bir kökdən ibarət olur
leksik şəkilçinin köməyi ilə düzəlir
iki və daha artıq kökdən ibarət olur
araq ərəq şəkilçisi ilə düzəlir

Şəxssiz növ fellər özündən əvvəl hansı halı tələb edir?

yönlük hal, çıxışlıq hal
təsirlik hal, adlıq hal
yiyəlik hal, yönlük hal
adlıq hal, yiyəlik hal
yönlük hal, yerlik hal

Sadə fellər hansılardır?

Sevmək, yazmaq, oxumaq
İrəliləmək, dillənmək, evlənmək
Ağarmaq, göyərmək, yaşarmaq
Bəzənib – düzənmək, oturub – durmaq

Hansı cümlədə yer zərfi yoxdur?

Maşın yanımdan çox sürətlə keçdi
Aşağıdan məni çağırdılar
Zaman qarışıqdır, getmə uzağa!
İrəlidə bir qaraltı görünür

“ Olmalıdır ” - felinin morfoloji təhlilindəki səhvi seçin:

Felin vacib şəklindədir
“ dır ” - xəbərlik şəkilçisidir
“ ol ” – felin köküdür
Təsirli feldir

Felin qrammatik xüsusiyyətlərindən biri deyil:

Şəxsə və kəmiyyətə görə dəyişir.
Təsdiq və inkarda olur.
Mənsubiyyətə görə dəyişir.
Zamana görə dəyişir.
Təsirli və təsirsiz olur.

Məchul növ müxtəlif feillərə hansı şəkilçiləri artırmaqla düzəlir?

-ıl və -ış (-ş)
-dır və -t
-ıl və -ın (-n)
-ıl və -dı

Dilçilikdə hansı zərf yoxdur?

səbəb
kəmiyyət
yer
zaman
miqdar

Məsdər hansı cümlədə verilmişdir?

Orxan bu gün məktəbə gəlmədi
Bilməmək eyib deyil, soruşmamaq eyibdir
Akif müəlliməsinə bu sualı verməkdən çəkinmədi
Bu gün nədənsə qonaqlar bizə gəlmədi
Bükülmüş kağız açıldı

Mürəkkəb zərflər haqqındakı fikirlərdən biri səhvdir:

Mürəkkəb zərflər iki sözün birləşməsindən əmələ gəlir
Tezdən, çoxdan, birdən zərfləri mürəkkəbdir
Mürəkkəb zərflərdə iki söz birləşir, bir söz olur
Mürəkkəb zərflər də sadə və düzəltmə zərflər kimi felə aid olub, hərəkəti izah edir

Qəti gələcək zamanın şəkilçilərini göstərin:

-dı;-di;-du;-dü
-acaq;-əcək
-ar;-ər
-mış;-miş;-muş;-müş
heç biri

Felin arzu şəklinə aid fikirlərdən hansı səhvdir?

Felin arzu şəkli arzu, istək bildirir
Arzu şəkli çox vaxt gərək sözü ilə işlənir
Arzu şəklinin xüsusi formal əlaməti yoxdur
Arzu şəklinin mənasında gələcək zaman anlayışı var

Aşağıdakılardan biri səhvdir:

Fellər öz – özlüklərində təsdiq formasında olmur
Bəzən felin inkar şəkilçisinin saiti düşür
İnkar şəkilçisi –ma, - mə vurğu qəbul etmir
Felin inkar şəkilçisi qrammatik şəkilçidir

Rəngbərəng sözü quruluşca hansı nitq hissəsinə aiddir

Düzəltmə isim
Mürəkkəb zərf
Mürəkkəb sifət
Sadə zərf
Düzəltmə sifət

Hansı söz yalnız qoşma kimi işlənə bilər?

başqa
savayı
ancaq
ilə
özgə

Fel nəyə deyilir

Ümumi qrammatik mənaya görə hərəkət bildirən nitq hissəsidir
Köməkçi nitq hissəsidir
Heç nə bildirmir
Nitq hissəsidir
Zərfliyin bir növüdür

Verilmiş bəndlərdən birində zərf işlənməmişdir?

Darıxdığı üçün kəndə getmişdi
Geriyə yol yoxdur
O, çox sərt danışırdı
Qoşun sürətlə irəlilədi
Ana ehtiyatla içəri daxil oldu
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.