I bolmə

Sintaktik əlaqələrin növləri. Hissə 1.

Test ID - 49625
Müəllif: Admin (Əlavə edilib: 18.08.2011)

Sintaktik əlaqələrin neçə növü var?

2
3
1
4

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

"Vətən oğlu,sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?

isimlə
sifətlə
I növ təyini söz birləşməsi ilə
III növ təyini söz birləşməsi ilə
II növ təyini söz birləşməsi ilə

Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?

Mübtəda
Xəbər
Təyin
Zərflik
Xitab cümlə üzvü ola bilmir

Cümlə haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlə yeganə nitq vahididir ki, fikir ifadə edir
Cümlə iki və daha artıq sözdən ibarətdirsə, onlardan biri xəbər kimi formalaşmış olmalıdır
Xəbər cümlənin formalaşmasında əsas rol oynamır
Cümlə nitqin əsas vahididir
heç biri

Nəyə görə köməkçi nitq hissələri söz birləşmələrində aparıcı rol oynamır ?

Leksik mənası olmadığına görə
Qrammatik mənası olmadığına görə
Cümlə üzvü olduğuna görə
Azərbaycan dili leksikologiyasında olmadığına görə
Heç bir cavab duz deyil

Hansı fikir səhvdir?

Azərbaycan dilində ismi birləşmələrin növləri çoxdur
III növ təyini söz birləşməsinin I tərəfi və II şəxs əvəzliklərinin cəmi ilə ifadə olunanda bəzən II tərəflərdə bunlara uyğun mənsubiyyət şəkilçiləri işlədilmir
Gözləri dolğun, fikri aydın və s. “ qeyri – təyini ” ismi birləşmələrdir
“ Qeyri – təyini ismi birləşmələr ” ismi birləşmələrin nisbətən çox işlənən növləridir

Cümlələrdən birinin mübtədası mürəkkəbdir:

Aygün sinfimizin əlaçısıdır
Beş yüksək qiymətdir
Sən çıraqsan, mən pərvanə
Elin sözü, axır ki, eşidildi

Hansı nümunədə sual cümləsi var?

Yenə də hər zaman ürəyimdəki sənsən
İzin ver qolumu salım boynuna
Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan
Qoy gülləri ya qan sulasın, yaxud ədalət

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Birinci növ təyini söz birləşməsinə aid deyil:

Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
İkinci tərəfi, adətən, isimlə ifadə olunur
Tərəfləri arasında bir sıra məna əlaqələri olmur
Birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunur

Səhv fikri göstərin:

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır

Şəxssiz cümləni göstərin:

Onun kinodan xoşu gəlmir
Qaranlıq yayılırdı
Bura ən zəngin neft yatağıdır
Onu əsgərliyə apardılar

Söz – cümlələrə aiddir:

Bəzən ədatlar və modal sözlər dialoqda ayrılıqda işləndikdə söz – cümlə kimi formalaşır
Cümlə üzvlərindən vergüllə ayrılır
Söz – cümlələr əsasən cümlədə xəbər vəzifəsində işlənir
Həm müxtəsər , həm də geniş ola bilər

Cümlələrdən birində tabelilik əlaqəsi yoxdur:

Sənətkarı xalq yaşadır
Uşaq məktəbdən evə gəlir
Vətənə dözümlü və iradəli igidlər gərəkdir
Mən dünən dostumu bağda gördüm

"ellərin ruhu" söz birləşməsində hansı əlaqə vardır?

uzlaşma
idarə
yanaşma
tabesizlik
həm uzlaşma, həm idarə

Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin.

3-cu növ təyini söz birləşməsi
2-ci növ təyini söz birləşməsi
mürəkkəb sözlər
mürəkkəb adlar
feli sifət və məsdər tərkibləri

Məntiqi vurğuya aid olan fikirlərdən biri səhvdir

Cümlədə müəyyən sözün başqalarına nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir
Məntiqi vurğulu söz adətən xəbərin yanında gəlir
Məntiqi vurğulu söz cümlənin məqsəd və intonasiyaya görə növünü dəyişir
Xəbər özü də məntiqi vurğu altında deyilə bilər

“Sən ellər toyusan, ellər bayramı” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

şəxs şəkilçisi
cəm çəkiclisi
hal şəkilçisi
zaman şəkilçisi
mənsubiyyət şəkilçisi

Hansı cümlədə həmcins üzv yoxdur?

Azadlıq yolu çətin, ancaq şərəfli bir yoldur
Sənədləri gətirdim, amma onları imzalada bilmədim.
Sənədləri gətirdim, ancaq imzalamadılar
Əməksevən, cod, kobud əlləri vardır

"Gəl, ey nazlı Vətən-Odlar yurdu!" cümləsində əlavə nəyə aiddir?

Mübtəda
Zərflik
Xitab
1-ci növ təyini söz birləşməsi
2-ci növ təyini söz birləşməsi

Cümlələrdən hansı uzlaşma əlaqəsidir?

Evin qapısı
Qalın meşə
Anaya hörmət
Mən böyüyürəm

İdarə əlaqəsi hansı halda olmur?

Təsirlik
Adlıq
təsirlik
Çıxışlıq
Yönlük

Yanaşma əlaqəsi hansı cümlədədir?

Müəllim əlaçı şagirdləri təriflədi
Arif dərslərini yaxşı oxuyur
Uşaqlar həyətdə futbol oynayırdılar
Ceyhun siniflimizin əlaçısıdır
Əli dostu ilə səkidə söhbət edirdilər

Tamamlıqla bağlı səhv fikri göstər:

Vasitəsiz tamamlıqlar ismi və feli xəbərlərə aid olur
Tamamlıqlar vasitəli və vasitəsiz olur
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur
Vasitəli tamamlıq ismi xəbərə də aid ola bilər
Kim ilə, nə ilə, kim üçün, nə üçün vasitəli tamamlığın suallarındandır

Yalnız fel kimi işlənmir:

deyəndə
yemək
gülmədən
yıxılaraq
baxa-baxa

Bunlardan hansı idarə əlaqəsindədir?

yaşıl yarpaq
kitab üzü
kitabı alan
gözəl dərs
görünüşü gözəl

Cərgələrdən birində cümlə var:

Evə tərəf getmək
Səhərdir
Dağın başı
Dərs cədvəli
Oxuyan şagirdlər sinfi

Hansı cümlə mürəkkəb cümlədir?

Elvin, Məhəmməd dostdurlar
Həsən uzun dağlardan, dərin keçidlərdən, dağlardan, daşlardan, dənizlərdən keçib gəlib
Gəldim, getdi
O qaçır, yazır, oxuyur, danışır dərsi öyrənə bilmir
Əli, Həsən, Murad, Elvin, Məhəmməd, İbrahim yazı yazırlar

Birinci növ təyini söz birləşməsi arasında hansı əlaqə var?

idarə, uzlaşma
yanaşma, uzlaşma
uzlaşma
yanaşma
idarə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed