Cümlə

Cümlə haqqında ümumi məlumat. Hissə 1.

Test ID - 52227
Müəllif: Admin (Əlavə edilib: 12.11.2011)

Düzgün fikri göstərin:

İntonasiya cümlənin əsas göstəricilərindən deyil
Nida cümlələrinin xüsusi forması var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
Hər bir cümlə bitmiş fikir ifadə etməklə yanaşı, müəyyən münasibət də bildirir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona el vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Gör nəyin xəyalındasan?
Dövlət himninin kim yazıb?

Birinci növ təyini söz birləşməsini göstərin.

məktəbin direktoru
maraqlı kitab
yaxşı oxumaq
evə gələndə
axşamçağı

Müəyyən şəxsi cümlə hansıdır?

mübtədası olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
xəbəri olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
tamamlığı olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
təyini olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir

"Uşaqlardan beşi" söz birləşməsində hansı əlaqə var?

yanaşma
uzlaşma
idarə və uzlaşma
yanaşma və uzlaşma
idarə

Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:

Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
Söz birləşməsi səslərdən əmələ gəlir
Söz birləşməsi də sözlər kimi ad bildirir
Söz birləşməsi sözlərdən əmələ gəlir

Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:

Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
Nida cümlələrinin üç növü var
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur

Əmr cümləsi haqqındakı fikirlərdən hansı düzgündür?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə əmr cümləsi deyilir
Əmr cümləsinin xəbəri felin xəbər şəkli ilə ifadə olunur
Əmr cüməsinin üç növü var
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə var

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Tamamlıq haqqında hansı fikir səhvdir?

Əşya bildirir
İkinci dərəcəli baş üzvlərlə bağlı olur və onları aydınlaşdırır
Tamamlığın iki növü var
İkinci dərəcəli cümlə üzvüdür

Hansı fikir yanlışdır?

Səbəb və məqsəd zərflikləri arasında oxşar və fərqli cəhətlər var
Səbəb və məqsəd zərfliklərinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur
Səbəb və məqsəd zərflikləri birinci növbədə mənalarına görə fərqlənir
Səbəb və məqsəd zərfliklərinin ayrıca sualları da var

Hansı fikir səhvdir?

Qeyri – müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sabitdir
Tərzi – hərəkət və kəmiyyət zərfliklərinin cümlədəki yeri sabitdir
Cümlədə cümlə üzvlərinin sırası heç bir qaydaya əsaslanmır
Cümlə sırası belədir: əvvəlcə mübtəda, sonra xəbər

Həmcins üzvlü cümləni göstərin:

Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı
Nə ağac vardı, nə də kölgəlik
Sular göz yaşı kimi dumduru idi
Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır

Qeyri – müəyyən şəxsli cümləni göstərin:

Onlar bu sözləri Qacara çatdırdılar
İşləməyənə tənbəl deyirlər
Qaranlıq yerə daş atmazlar
Gecə saat ikidə bizi təcili oyatdılar

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

Şəxs şəkilçisi
Cəm şəkilçisi
Hal şəkilçisi
Zaman şəkilçisi

Aşağıdakı fikirlərdən biri səhvdir:

Cümlənin bütün üzvləri həmcins ola bilər
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur
“ ki ” bağlayıcısı həmcins üzvlər arasında işlənə bilir
Həmcins üzvlərdə zaman şəkilçiləri ixtisar oluna bilər

Ara sözlərdən nə məqsədlə istifadə edirik?

müraciət məqsədi ilə
cümləni genişləndirmək üçün
fikrimizi dəqiq şəkildə ifadə etmək üçün
hiss-həyəcan ifadə etmək üçün

Bu bağlayıcılardan hansı həmcins üzvlər arasında işlənmir?

ya, ya da
amma, ancaq, lakin
çünki, ona görə də
gah, gah da
hətta, nəinki

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik

Biri sintaksisdə öyrənilmir

ismi birləşmələr
cümlə üzvləri
cümlənin növləri
sintaktik təhlil
frazeoloji birləşmələr

Yanaşma əlaqəsi hansı cümlədədir?

Müəllim əlaçı şagirdləri təriflədi
Arif dərslərini yaxşı oxuyur
Uşaqlar həyətdə futbol oynayırdılar
Ceyhun siniflimizin əlaçısıdır
Əli dostu ilə səkidə söhbət edirdilər

Aşağıdakılardan hansı tərzi-hərəkət zərfliyidir?

qaça-qaça
gülə-gülə
aşağı
qəhrəmancasına
sabah

"Kitabları aparan Muradın özü idi" mübtəda nə ilə ifadə olunub?

feli sifət tərkibi
isim
feli sifət
sifət
III növ təyini söz birləşməsi

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərə aşağıdakılardan hansılar aiddir?

sadə və mürəkkəb
xitab və ara sözlər
ara sözlər
həmcins üzvlər
xitab

İsmi xəbərli müəyyən şəxsli müxtəsər cümləni göstərin:

Canişinlikdə qəbul olunmaq bu gün çətin məsələ idi
Dostlar, gəlin şənlənək
Qızlar, görünür, Həmidə xanım dünəndən yuxusuz qalıb
Camaat yaylağa köçəndə el yolunda iynə atsan, yerə düşməzdi
Şərqi gəzib dolanmaq onun ən böyük arzusu idi

Ara sözlər nəyə deyilir?

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin müraciət olunan şəxsi əşyanı bildirən sözlərə və ya söz birləşməsinə
Cümlənin mənasının aydınlaşmasına kömək edən söz və ya söz birləşməsinə
Cümlənin düzgün olub olmamasını bildirən söz və ya söz birləşməsinə
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed