I bolmə

Tamamlıq. Hissə 1.

Test ID - 49899
Müəllif: Admin (Əlavə edilib: 13.09.2011)

Tamamlıq haqqında hansı fikir səhvdir?

Əşya bildirir
İkinci dərəcəli baş üzvlərlə bağlı olur və onları aydınlaşdırır
Tamamlığın iki növü var
İkinci dərəcəli cümlə üzvüdür

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Söz birləşməsində müstəqil söz nə deməkdir?

Köməkçi nitq hissəsi
Mürəkkəb söz deməkdir
Əsas nitq hissəsi
Təkmənalı söz deməkdir
Sadə söz deməkdir

Söz birləşmələrinin növlərinə aid olan fikirlərdən biri düzgündür:

Asılı söz və əsas söz əvəzinə çox vaxt birinci tərəf, ikinci tərəf ifadələrindən istifadə edilir
Söz birləşmələrinin 3 növü var
Azərbaycan dilində ismi birləşmələrin növləri azdır
Əsas söz asılı sözə tabe olur

Hansı fikir yanlışdır?

Hər bir cümlə müəyyən məqsədlə deyilir
İntonasiya şifahi nitqdə cümlələri fərqləndirən vasitələrdəndir
Cümlələri intonasiyanın köməyi ilə həm nəqli, həm də sual cümləsi kimi işlətmək olar
Cümləyə məxsus bitkinlik intonasiyası cümlələrin hamısına aid olmur

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?

Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
Bura mənim vətənimdir – Azərbaycandır
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
İndi bahar fəslidir – yazdır

Məqsəd zərfliyi işlənmiş cümləni seçin:

O, Vətəni qorumaq üçün bura gəlmişdi
Uşaq evdə tək qaldığı üçün darıxırdı
Anar xəstələndiyi üçün dərsə getməmişdi
Darıxdığı üçün kəndə getmək istəyirdi

Söz birləşməsi haqqındakı fikirlərdən hansı yanlışdır:

İki müstəqil sözü olan söz birləşməsində köməkçi sözün işlənməsi sadə söz birləşməsini mürəkkəb söz birləşməsinə çevirir
Söz birləşməsi iki sözdən ibarətdirsə onların hər biri müstəqil mənalı söz olmalıdır
Əgər söz birləşməsində iki müstəqil mənalı söz varsa, əlavə olaraq orada köməkçi söz işlənə bilər
Quruluşuna görə söz birləşmələri iki cür olur

İkinci və üçüncü növ təyini söz birləşmələri üçün fərqli xüsusiyyətlərdən biri yanlışdır:

İkinci tərəfin hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etməsi
Tərəfləri arasına istənilən qədər söz artırılması
Tərəflərinin həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilməsi
Tərəflərinin, əsasən, isimlərlə ifadə olunması

Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?

Vətənin keşiyində duranlara qayğı gərəkdir
Tükəz xala tez çırağı yandırdı
Elin sərvətini göz bəbəyi kimi qoruyun
Mətni düzgün oxumağı öyrənin

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.

indicə gedirik
ucadan danışmayın
kitabları qaytardıq
rütubətli hava
xeyirxahlıq savabdır

Hansı cümlədə həmcins üzv yoxdur?

Azadlıq yolu çətin, ancaq şərəfli bir yoldur
Sənədləri gətirdim, amma onları imzalada bilmədim.
Sənədləri gətirdim, ancaq imzalamadılar
Əməksevən, cod, kobud əlləri vardır

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik

Hansı idarə əlaqəsinin göstəricisi deyil?

yiyəlik hal
təsirlik hal
yerlik hal
adlıq hal
çıxışlıq hal

2ci növ təyini söz birləşməsinin asılı tərəfi hansı halda olur?

Təsirlik hal
Müəyyən yiyəlik hal
Qeyri müəyyən yiyəlik hal
Adlıq hal
Qeyri müəyyən təsirlik hal

Ikinci və üçüncü növ təyini söz birləşmələrinin fərqləri

birinci tərəfi yiyəlik hal ikinci tərəfi mənsubiyyət şəyli birləşmələrə üçüncü növ təyini söz birləsmələri deyilir
üçüncü növ təyini söz birləşmələri arasında istənilən qədər söz daxil edilir
üçüncü növün tərəfləri ayrı-ayrı cəmləndiyi kimi birlikdədə cəmlənə bilir
birinci tərəfi yiyəlik hal şəkilçisiz ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrə ikinci növ təyini birləşmə deyilir

Sual cümlələrini nəqli cümlədən necə ayırmaq olar?

intonasiya
hərfən
ayırmaq olmur
əmrlə

Asılı tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşməni göstərin.

qoyun sürüsü
dərin quyu
gözəllik vurğunu
sərin hava
yaxşılıq itirən

Hansı cümlədə fel qayıdış növdədir?

qapı açıldı
qab yuyuldu
duman çəkildi
ip çəkildi
Teymur vuruşdu

Hansı sırada mübtədanın isimlə ifadə vasitəsi verilib?

Hamı bizdədir
Üçüncüsü sizdədir
Gülmək sənin peşəndir
Alpər döyüşür
Ora mənim vətənimdir

Təyin ilə tərzi-hərəkət zərfliyini necə fərləndirmək olar?

təyin ilə tərzi-hərəkət zərfliyini fərqləndirmək üçün onların aid olduğu üzvlərə diqqət yetirmək lazımdır
təyinə sual vermək lazımdır
tərzi-hərəkət zərfliyinə sual vermək lazımdır
təyinin aid olduğu üzvə diqqət yetirmək lazımdır
tərzi-hərəkət zərfliyinin məna növünə fikir vermək lazımdır

Birinci növ təyini söz birləşmələrində birinci tərəf əsasən hansı nitq hissəsi olur?

İsim və fel
Sifət və əvəzlik
Say və isim
Əvəzlik və sifət
Substantivləşmiş isim və sifət

İsmi xəbəri şəxsin cümləni göstərin

Onun başı gicəllənməsi
Pəncərədən işıq görünürdü
Hava dumanlı idi
Bakının küləkli günlərindən biri idi
Hamı susurdu
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed