Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə II

§17. Azərbaycan dilinin frazeoloji vahidləri. Hissə 1.

Test ID - 48211
Müəllif: Admin (Əlavə edilib: 24.04.2011)

“ Dil – dil ötmək ” Frazeoloji birləşməsinin sinonimini tapın:

Ağzına su almaq
Dilotu yemək
Ağzını qıfıllamaq
Ürəyi axmaq

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Biri natiqliyin sahəsi deyil:

Bədii natiqlik
Siyasi natiqlik
İşgüzar natiqlik
Publisistik natiqlik

Nitqə aid əlamətlərdən biri səhvdir:

Törəmədir
Fərdidir
Dəyişkəndir
Ünsiyyət vasitəsidir

Fonetik norma nə vaxt pozulur?

Cümlədə söz sırası pozulduqda
Mübtəda və xəbər arasında uzlaşma pozulduqda
Orfoqrafik, yaxud orfoepik norma pozulduqda
Məntiqi vurğunun yeri dəyişdikdə

Verilənlərdən biri şifahi ədəbi dilin orfoepik normalarına tabe deyil:

Nitqlər
Çıxışlar
Mühazirələr
Elmi əsərlər

Müraciət etiketlərini göstərin:

Salam, bağışlayın, gecəniz xeyrə qalsın
Buyurun, əyləşin, xanım, cənab
Oğlum, uğur olsun, sağ olun
Təbrik edirəm, qızım, cənab

Leksik normanın pozulduğu cümləni tapın:

Məsələnin təfsilatını heç kəs bilmirdi
Bu müdhiş mənzərə onu daha da narahat edirdi
Meyvələr ağacdan yerə dağıldı
Hər şey unudulmuşdur

Bu tip dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici şəkilçi olmur:

İltisaqi
Flektiv
Kök dillər
Həm kök dillər, həm flektiv

Vurğusu birinci hecaya düşən sözlər hansıdır?

Gözəl, sonra, yazıçı
Yazıçılıq, ana, nabələd
Kamera, lakin, Dante
Bəzi, gövdə, yamyaşıl

Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında deyilənlərdən biri səhvdir:

Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır
Türk dillərinin iltisaqi quruluşa malik olması onların ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir
İltisaqilik ədəbi dildə əsas şərt kimi gözlənilir
Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi yoxdur

Yazının ən mükəmməl, ən çevik forması hansıdır?

Fonoqrafik
İdeoqrafik
Sillabik
Piktoqrafik

Dilin funksiyaları haqqında aşağıdakılardan biri səhvdir:

Yalnız dil vasitəsilə insanlar bir – birilərini asanlıqla başa düşür
Dil canlılardan ancaq insana aiddir
İnsanlara qulluq göstərən başqa ictimai hadisələr yoxdur
Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir

Mimika nədir?

əl – qol hərəkətləri
bədii natiqlik
üz əzələlərinin mənalı hərəkəti
nitq etiketləri

Natiqlik sənətinin əsas tələbləri sırasında verilənlərdən biri səhvdir:

Mövzu haqqında geniş danışmaq
Dinləyicilər üçün anlaşıqlı şəkildə danışmaq
Nitqin intonasiyasına uyğun əl – qol, baş və bədən hərəkətləri etmək
Nitqə əvvəldən hazırlaşmaq

Aşağıdakı fikirlərdən biri düzgündür:

Sintaktik yolla söz yaratma prosesi iki və daha artıq sözün birləşərək bir məna ifadə etməsi yolu ilə yaranır
Leksik şəkilçilər omonim olduqları halda, sinonim və antonim ola bilmirlər
Morfoloji yolla söz yaratmaq prosesi söz köklərinə qrammatik şəkilçilər yaratmaqla yaranır
Dildə yeni sözlər yalnız leksik və morfoloji yolla yaranır

Fonetik normanın pozulduğu cümləni tapın:

Gələnlər birazdan kor - peşman dağılışdılar
İşi dayandırmağı əmr buyurublar
Bilənlər bilməyənlərə desinnər
Daldan atılan daş topuğa dəyər

Frazeoloji vahidlər haqqında aşağıdakılardan biri səhvdir:

Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir
"Nənəsinin nəsihəti Arifin bir qulağından girib, o biri qulağından çıxdı" cümləsi frazeoloji birləşməyə  bir  nümunədir.

Aşağıdakı fikirlərdən biri səhvdir:

Azərbaycan türkcəsində söz sonunda o, ö, e saitləri gəlməz
Fellərin hamısı türk mənşəli sözlərdir
Azərbaycan türkcəsində o, ö, e saitləri ilə şəkilçilər işlənməz
Daxilində təkrar olunan qoşa samitli sözlər alınmadır

Nitq fəaliyyəti nədir?

Nitqin təzahürü üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemidir
Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
Dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi
Üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işləmək

Qeyd olunan fikirlərdən biri səhvdir:

Dil əsasdır, nitq ondan törəmədir
Dil tarixən az dəyişkəndir, nitq isə çox dəyişkəndir
Dil və nitq ünsiyyət vasitələridir
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir

Sözün mənasını dəyişən səs adlanır:

Fonem
Etiket
Alleqoriya
Mimika

Aşağıdakı fikirlərdən biri düzgündür:

Leksik şəkilçilər qoşulduqları sözlərin formasını dəyişir
Dildəki ayrı – ayrı sözlər kimi şəkilçi morfemlər omonim ola bilmir
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı – ayrılıqda fonem adlanır
Morfemika dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir

Verilənlərdən biri fonemə aid deyil:

Zaman – saman
Dağ – sağ
Kol – kos
Tələ - dələ

Türk dilləri haqqında aşağıdakılardan biri səhvdir:

Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir
Dil şaxələrinə dil qrupları da deyilir
Bu gün dünyada 3.500 – dən çox dil var
Azərbaycan dili, qaqauz dili, Türkiyə türkcəsi qıpçaq qrupunu təşkil edir

Biri müraciət etiketlərinə aid deyil:

Cənab
Qızım
Bağışlayın
Vətəndaş

Nitqdə zərb – məsəllərdən, frazeoloji vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?

Nitqin elmiliyi ilə
Nitqin zənginliyi ilə
Nitqin ardıcıllığı ilə
Nitqin konkretliyi ilə

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif