İzahlı lüğət

URYADNİK (ID - 40620)

[rus.] tar. Çar Rusiyasında qəza polisinin aşağı rütbəli xidmətçisi. Lap elə axşamüstü, günün gedən vaxtı uryadnik kişini beləcə döydüyü yerdə, Abbasın cini toplanıb kəlləsinə çıxmışdı. S.Rəhimov. Uryadnik atını Iskəndərin...

US (ID - 40621)

is. qəd. 1. Ağıl, kamal, zəka, dərrakə, fərasət, idrak.
2. Ədəb, tərbiyə.

USANDIRICI (ID - 40622)

sif. Usandıran, bezdirən, bıqdırıcı, bezikdirici, yorucu, üzücü. [Rza Ulduza:] Hər şey cansıxıcıdır, usandırıcı, yorucudur. M.İbrahimov. Cırcıramaların usandırıcı səsi ətrafı bürümüşdü. Ə.Vəliyev.

USANDIRMA (ID - 40623)

“Usandırmaq”dan f.is.

USANDIRMAQ (ID - 40624)

f Təngə gətirmək, bezdirmək, bıqdırmaq; yormaq, üzmək. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Füzuli. Böylə əsəbi qonşu hər halda insanı usandırar. H.Cavid.

USANMA (ID - 40625)

“Usanmaq”dan f.is.

USANMAQ (ID - 40626)

f . Təngə gəlmək, bıqmaq, bezmək, canı sıxılmaq, yorulmaq, üzülmək. [Doktor Zibeydəyə:] Həyat öz-özlüyündə mücərrəd olaraq o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Çəmənzəminli. [Laçın] uzun get-gəllərdən...

USANMAZ (ID - 40627)

sif. Yorulmaz, yorulmaq bilməyən.

USANMAZLIQ (ID - 40628)

is. Yorulmazlıq, yorulmaq bilməmə.

USLU (ID - 40629)

sif. qəd. 1. Ağıllı, dərrakəli, zəkalı, fərasətli.
2. Ədəbli, tərbiyəli, ağıllı-kamallı. Yadımdadır onun: “Gözəl balam usludur; Yoxsa nağıl söyləmərəm sənə” , - deyən sədası. M.Rahim.

USTA (ID - 40630)

is. 1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov....

USTABAŞI (ID - 40631)

is. köhn. Bir neçə ustaya rəhbərlik edən usta, baş usta. Ustabaşı kənarda durub məlumat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. // Ustaya hörmətlə müraciət. [Qərib:] Xəbər söylə mənə, ay ustabaşı; Əlindəki...

USTACASINA (ID - 40632)

bax ustadanə.

USTAD (ID - 40633)

is. [fars.] Elm və ya sənət sahəsində geniş və dərin məlumatı və qabiliyyəti olan şəxs. Qabil şagird ustad olur ustadan. (Ata. sözü). // məc. Müəllim, tərbiyəçi, öyrədici, mürşid. Ey yorulmaq bilməyən ustadımız! Yandı...

USTADANƏ (ID - 40634)

zərf və sif. [fars.] köhn. Ustalıqla, ustacasma, məharətlə, bacarıqla, məharətli. Qüdrətli fikir və sözlərin düzgün, yerində, ustadanə deyilməsi cümlənin təsir qabiliyyətini artırır. M.İbrahimov.

USTADLIQ (ID - 40635)

is. Məharət, bacarıq; bir işdə qazanılan şöhrət. Qəribin ustadlığı ətrafa yayılmışdı. “Aşıq Qərib” .

USTADNAMƏ (ID - 40636)

is. [fars.] Azərbaycan şifahi xalq ədəbiyyatında çox vaxt qoşma, bəzən də divani şəklində olub, məzmunca hikmətamiz, nəsihətamiz, fəlsəfi məzmunda şeir növlərindən biri (bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar)....

USTALAŞMA (ID - 40637)

“Ustalaşmaq”dan f.is.

USTALAŞMAQ (ID - 40638)

f . Ustalığı, təcrübəsi, məharəti, bacarığı artmaq; püxtələşmək, bişmək, təcrübələnmək. ..Həmişə də qiymətli xam at alıram ki, onu qoşquya öyrədim və bu yolda ustalaşmışam da. C.Məmmədquluzadə. Bilirsən ki, indi...

USTALIQ (ID - 40639)

is. 1. Hər hansı bir sahədə çalışan ustanın işi, peşəsi.
Hər hansı bir sahədə böyük bacarıq, məharət. işdə bir incəlik, ustalıq və xüsusi qabiliyyət görünürdü. Ə.Vəliyev. // Ümumiyyətlə, məharət, bacarıq. Əsil...

USTAYANA (ID - 40640)

bax ustacasına. ..Müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan asılıdır. Mir Cəlal.

UŞAQ (ID - 40641)

is. 1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi. Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Cavan,...

UŞAQCANLI (ID - 40642)

sif. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevən, onlara qayğı və nəvaziş göstərən; övladcanlı. Uşaqcanlı ana.
Nubar xala yazdı ki, mənim kişim məzlumun birisi, uşaqcanlı girdimanlıdır. S.Rəhimov. Qoşatxan uşaqcanlı...

UŞAQCANLILIQ (ID - 40643)

is. Öz uşaqlarını, öz övladlarını həddən artıq sevmə, onlara çox qayğı və nəvaziş göstərmə; övladcanlılıq.

UŞAQCASINA (ID - 40644)

zərf Uşaq kimi, qeyri-ciddi, sadədilcəsinə, sadəlövhcəsinə. Uşaqcasına hərəkət. Uşaqcasına mühakimə. - Ayrım qızı Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən acıqlanar, Kərim babanın arxasınca hər...

UŞAQCIĞAZ (ID - 40645)

“Uşaq”dan oxş. Uşaqcığaza nə oldu? Uşaqcığaz bərk qızdırıb. - [Xanımnaz:] ..Uşaqcığazım üçün qorxuram. Salıblar onu dilə-ağıza. C.Cabbarlı.

UŞAQCIQ (ID - 40646)

kiç. Kiçik uşaq, balaca uşaq, yazıq uşaq. [Tükəz:] [Hacı Qaranın] başına bir iş gəlsə, uşaqcıqlarım yetim qalacaq. M.F.Axundzadə.

UŞAQƏMİZDİRƏN (ID - 40647)

sif. Öz südü ilə uşağını bəsləyən, südəmər uşağı olan. Uşaqəmizdirən analar.

UŞAQLAŞMA (ID - 40648)

“Uşaqlaşmaq”dan f.is.

UŞAQLAŞMAQ (ID - 40649)

f Qocalıqdan ağlı zəifləşmək, xərifləmək, özünü uşaq kimi aparmaq. Görünür, adam qocaldıqca uşaqlaşır. S.Rəhimov.

UŞAQLI (ID - 40650)

sif. Uşağı ya uşaqları olan. Uşaqlı qadın. - [Cəmilə:] Əhməd uşaqlı anaya heç bir zaman kəm baxa bilməz. S.Rəhimov.

UŞAQLIQ (ID - 40651)

is. 1. Uşaq yaşları. Uşaqlıq dövrü. Uşaqlıq illəri yadımdadır. Uşaqlığı kənddə keçib. Uşaqlıq xatirələri. - Axtarıram, uşaqlıq düşmür ələ; Halım olur fəna bu gündən belə. A.Səhhət. Fərmanın uşaqlığı ismayıllı...

UŞAQLIQDAN (ID - 40652)

zərf Uşaqlıq illərindən, uşaq olduğu vaxtdan, lap kiçik yaşlarından. Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur. A.Şaiq. Müşgünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan darıxırdı. Ə.Vəliyev.

UŞAQSALDIRMA, UŞAQSALMA (ID - 40653)

is. tib. Hamiləliyin süni yolla vaxtından qabaq dayandırılması və dölün ana bətnindən çıxarılması.

UŞAQSEVƏN (ID - 40654)

sif. Uşaqları sevən, balaca uşaqlara nəvaziş göstərən, onları əyləndirməyi sevən (adam).

UŞAQSEVƏNLİK (ID - 40655)

is. Uşaqlara məhəbbət, uşaqları sevmə.

UŞAQSIZ (ID - 40656)

sif. Uşağı, övladı olmayan, övladsız. Uşaqsız qadın.

UŞAQSIZLIQ (ID - 40657)

is. Uşağı, övladı olmama; övladsızlıq; sonsuzluq.

UŞQUN (ID - 40658)

UŞQUNÇU (ID - 40659)

is. köhn. Uşqun sahibi, uşqunda işləyən, gəmiçi.

UTANCAQ (ID - 40660)

sif. və is. Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. Utancaq uşaq. O çox utancaqdır. - [Uğur:] Əmiqızı, mən gedəndə sən bir utancaq qız idin. İ.Əfəndiyev. // Zərf mənasında....

UTANCAQLI (ID - 40661)

bax utanılacaq. Əslində iş öz-özlüyündə bir az [Nadirin] nəzərində utancaqlı idi. B.Talıblı.

UTANCAQ(LI)LIQ (ID - 40662)

is. Utancaq adamın hal və xasiyyəti, hər şeydə utanma xasiyyəti. Utancaqlıq yaxşı şeydir, amma öz yerində! Mir Cəlal. // İsmət, həyalılıq, abırlılıq. Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə...

UTANDIRMA (ID - 40663)

“Utandırmaq”dan f.is.

UTANDIRMAQ (ID - 40664)

f . Birinin utanmasına, xəcalət çəkməsinə səbəb olmaq, bir söz deyərək, ya danlayaraq, töhmətləndirərək onda xəcalət və ya peşmançılıq hissi oyatmaq, qızartmaq, utancaq bir vəziyyətə salmaq. Uşağı utandırmaq. - [Həsənqulunu]...

UTANIB-QIZARMA (ID - 40665)

“Utanıb-qızarmaq”dan f.is. Mən Laçının utanıb-qızarmasına razı olmadım və dedim. H.Nəzərli.

UTANIB-QIZARMAQ (ID - 40666)

bax utanmaq.
[Məmməd] qalxdı, utanıb-qızararaq səs gələn tərəfə getdi. Çəmənzəminli. Doktor çeşməyini götürüb cibinə qoyur, açıq gözilə Gülöyşəyə baxır, Gülöyşə isə utanıb-qızarmırdı. S.Rəhimov.

UTANILACAQ (ID - 40667)

sif. Xəcalətə, utanmağa səbəb olan, münasib olmayan, pis. Burada utanılacaq şey yoxdur.

UTANMA (ID - 40668)

“Utanmaq”dan f.is.

UTANMAQ (ID - 40669)

f 1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq. Bolqar öz dilini bilmədiyindən xəcalət çəkəndə bizlər də öz dilimizdə danışmaqdan utanırıq. C.Məmmədquluzadə. Qərənfil...
......
i_l_bolme_mundericati