İzahlı lüğət

USANMAQ

f . Təngə gəlmək, bıqmaq, bezmək, canı sıxılmaq, yorulmaq, üzülmək. [Doktor Zibeydəyə:] Həyat öz-özlüyündə mücərrəd olaraq o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Çəmənzəminli. [Laçın] uzun get-gəllərdən usandı. M.Hüseyn. [Rəşid:] Yaşı altmışdan ötmüş olsa da, [Bəyim xalanın] hələ bir dəfə “yoruldum, usandım'” , - dediyini eşitməmişdim. I.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

UR

......