İzahlı lüğət

U1 (ID - 40366)

Azərbaycan əlifbasının iyirmi səkkizinci hərfi və bu hərflə işarə olunan saitin adı.

U2 (ID - 40367)

nida. 1. Uğultu səsinə təqlid kimi işlənir (adətən uzadılaraq deyilir - u-u-u-u, u-u-u). Uzaqdan u-u səsi gəldi. .
Səbirsizlik, hövsələsizlik, narazılıq yaxud da inciklik, tənə və s. hissləri ifadə edir. U! Bu heç yaxşı olmadı....

UC (ID - 40368)

is. 1. Bir şeyin sivri, şiş, nazik, batıcı tərəfi, kənarı. İynənin ucu. Mıxın ucu. Süngünün ucu. - Bekar yabanın ucunda bir çəngə alovlu tikan götürüb, bayraq kimi göyə qaldırmışdı. Mir Cəlal. Səlim qələmin ucunu akta...

UCA (ID - 40369)

sif. 1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. - Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. //...

UCABOY(LU), UCAQAMƏT(Lİ) (ID - 40370)

sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. - [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli.. bir qadın idi. S.S.Axundov.

UCADAN (ID - 40371)

zərf 1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq. - [Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov. [Dürrə adamların] bu sözünü eşidib...

UCALAN (ID - 40372)

UCALANDIRMA (ID - 40373)

“Ucalandırmaq”dan f.is.

UCALANDIRMAQ (ID - 40374)

f Ucaltmaq, yüksəltmək, uca etmək, qaldırmaq. □ Adını ucalandırmaq - adını yüksəltmək, şöhrətləndirmək. Bu iş Əminin adını daha da ucalandırırdı. N.Nərimanov.

UCALANMA (ID - 40375)

“Ucalanmaq”dan f.is.

UCALANMAQ (ID - 40376)

f . Ucalmaq, yüksəlmək, yüksəklərə qalxmaq, uca olmaq. Dul övrət isə sailə olsun, oda yansın; Ancaq mənim avazeyi-şənim ucalansın. M.Ə.Sabir.

UCALAŞMA (ID - 40377)

“Ucalaşmaq”dan f.is.

UCALAŞMAQ (ID - 40378)

f . Yüksəlmək, getdikcə qalxmaq, ucalmaq. Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın! M.Ə.Sabir.

UCALDILMA (ID - 40379)

“Ucaldılmaq”dan f.is.

UCALDILMAQ (ID - 40380)

“Ucaltmaq”dan məch.

UCALIQ (ID - 40381)

is. 1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. - Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha...

UCALMA (ID - 40382)

“Ucalmaq”dan f.is.

UCALMAQ (ID - 40383)

f 1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündəngünə ucalır. // Uzaqdan görünmək (uca şeylər haqqında). Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti...

UCALTMA (ID - 40384)

“Ucaltmaq”dan f.is.

UCALTMAQ (ID - 40385)

f . 1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında). Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi. H.Seyidbəyli.
məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu,...

UCAMƏRTƏBƏLİ (ID - 40386)

sif 1. Uca, yüksək, hündür, çoxmərtəbəli. Ucamərtəbəli ev (bina).
2. məc. köhn. Yüksək vəzifə sahibi olan, yüksəkvəzifəli.

UCBATINDAN (ID - 40387)

zərf ...səbəbindən, ...üzündən, ...təqsiri üzündən, ...səbəbilə. Sənin ucbatından bizə də söz gəldi. - Ac da qalsanız, susuz da, bu, bizim ucbatımızdan deyil. M.Hüseyn. [İlyas Adiləyə:] Tərlan da dayımın atı idi, amma mənim...

UC-BUCAQ (ID - 40388)

is. Kənar, son hədd, həddhüdud. Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman. Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev. □ Ucu-bucağı görünməmək (olmamaq) - sonu, ətrafı gözlə...

UC-BUCAQSIZ (ID - 40389)

sif. Ucu-bucağı olmayan, hədd-hüdudu olmayan; çox geniş, intəhasız. inandığım ərənlərin birini; Uc-bucaqsız bir səhrada tapmışam. Ə.Cavad.

UCDAN-QIRAQDAN, UCDAN-QULAQDAN (ID - 40390)

zərf Başqalardan, özgələrdən; bilavasitə deyil, bilvasitə. Ucdan-qır aqdan qulağına dəyən sözlər Hürüyə mənasız görünürdü. M.İbrahimov. [Rəşid:] Mən nəfəs almadan, heç olmasa ucdan-qulaqdan bir şey eşitməyə çalışdım....

UCDANTUTMA (ID - 40391)

zərf və sif. Fərq qoymadan, ayırmadan, arada buraxmadan, hamını, başdan-başa, bilavasitə bir-birinin ardınca, bir-bir. Ucdantutma siyahıya alma. Ucdantutma səfərbərlik. - Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz...

UCQAR (ID - 40392)

is. Bir yerin ən uzaq hissəsi, kənarı. Nigar nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarlarına gəldi. “Koroğlu” . ..Meşənin ucqarında dağkeçisi görünür. S.Rəhimov. // Şəhərin, qəsəbənin mərkəzindən...

UCLUQ (ID - 40393)

is. Bir şeyin ucuna keçirilən, taxılan, geydirilən adətən konusşəkilli qalpaqcıq. Karandaş ucluğu. Mərmi ucluğu.

UCSUZ-BUCAQSIZ (ID - 40394)

bax uc-bucaqsız. Ucsuz-bucaqsız tarlalar. Ucsuz-bucaqsız ölkəmiz. - Qarşıda ucsuz-bucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. Arxa tərəfdən ucsuzbucaqsız geniş düzənlik uzanıb gedirdi. İ.Əfəndiyev.

UCUBİZ (ID - 40395)

sif Ucu biz kimi olan, ucuşiş, ucu getdikcə nazikləşən. Ucubiz burun.

UCUİTİ (ID - 40396)

sif. Ucu iti olan, ucuşiş. Ucuiti dəmir. Ucuiti yaba.

UCUNDAN (ID - 40397)

bax ucbatından. Gecə-gündüz oda düşüb yanaram; Siyah telli bir sonanın ucundan. M.V.Vidadi. Bir-iki nəfərin ucundan iki ay təkrar təlimə saxlanan əsgərlər də, komandirlər də dərsi bilməyənlərə acıqlanmışdılar. Mir Cəlal.

UCUŞİŞ (ID - 40398)

UCUZ (ID - 40399)

sif. 1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji. - Ucuz ətin şorbası olmaz. (Məsəl). Söz yox, ulaq atdan yaxşıdır. Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə....

UCUZCA (ID - 40400)

sif. və zərf Çox ucuz. Ucuzca mal. Ucuzca satmaq. // Məc. mənada. [Şamama Cadu:] Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Ə.Haqverdiyev.

UCUZÇU (ID - 40401)

sif. Malını ucuz satan, yaxud ucuz mallar axtarıb satın alan adam.

UCUZLANMA (ID - 40402)

“Ucuzlanmaq”dan f.is.

UCUZLANMAQ (ID - 40403)

bax ucuzlaşmaq.

UCUZLAŞDIRILMA (ID - 40404)

“Ucuzlaşdırılmaq”dan f.is. Qiymətlərin ucuzlaşdırılması.

UCUZLAŞDIRILMAQ (ID - 40405)

məch. 1. Ucuz edilmək, qiyməti aşağı salınmaq.
2. məc. Qiymətsizləşdirilmək, qiymətdən salınmaq, hörmətdən salınmaq.

UCUZLAŞDIRILMIŞ (ID - 40406)

f sif Qiyməti aşağı salınmış, daha ucuz edilmiş. Ucuzlaşdırılmış mallar. Ucuzlaşdırılmış qiymət. Ucuzlaşdırılmış paltar mağazası.

UCUZLAŞDIRMA (ID - 40407)

“Ucuzlaşdırmaq”danf.is.

UCUZLAŞDIRMAQ (ID - 40408)

f . 1. Qiymətini aşağı salmaq, daha ucuz etmək. Sənaye mallarının qiymətini ucuzlaşdırmaq. - Axır zamanlarda tikintinin hər yerində qənaət, maya qiymətini ucuzlaşdırmaq, israfa yol verməmək haqqında danışırdılar. Ə.Sadıq.
2....

UCUZLAŞMA (ID - 40409)

“Ucuzlaşmaq”dan f.is.

UCUZLAŞMAQ (ID - 40410)

f . Daha ucuz olmaq, qiyməti enmək. Bazarda meyvə çox ucuzlaşmışdır. - [Xalası Adilə:] Xala qurban, deyəsən, bazarda çörək ucuzlaşıb? B.Bayramov. // məc. Qiymətdən düşmək, əhəmiyyətini itirmək; hörmətdən düşmək.

UCUZLU (ID - 40411)

sif Ucuz, daha ucuz. [Anam:] Təzə nəlbəkini qonaq qabağına qoyaram, ucuzlusunda özüm çay içərəm. Mir Cəlal.

UCUZLUQ (ID - 40412)

is. Qiymətlərin ucuz olduğu vəziyyət (bahalıq ziddi). Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə. (Ata. sözü). Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev.

UCUZVARİ (ID - 40413)

sif. Bir qədər ucuz. Ucuzvari palto. Ucuzvari şey.

UÇAĞAN1 (ID - 40414)

, UÇAĞANOTU

UÇAĞAN2 (ID - 40415)

bax parabüzən.

Bu səhifə dəfə baxılıb

......