ob_start(); ?>
Notice: session_start(): Ignoring session_start() because a session is already active in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 26
Warning: Undefined array key "part_number" in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 51
ob_start(); ?>
ob_flush(); ?>
XƏYALATis. [ər. “xəyalət” söz. cəmi] Əsli olmadığı halda gözə görünən mövhum surət; həqiqətdə deyil, yalnız xəyalda, fikirdə, təsəvvürdə olan şeylər; xülya, kabus. [Cəlil Məmmədquluzadə] xəyalata uyan idealların gözəlliyi ilə yaşayıb, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.
2. Fikir, düşüncə; fikirdə, xəyalda olan, arzu edilən şeylər. Yüz sənə bundan əqdəm ata və babalarımızın .. arzu və təmənnalarını, fikir və xəyalatını [Vaqif] yazıb.. F.Köçərli. Əhməd xəyalata o qədər inanmışdı ki, qazanacağı 500 manatın cınqıltısını cibində eşidir və xəyalatı canlandırırdı. B.Talıblı. Xəyalat eləmək - çox fikir eləmək, çox düşünmək, fikirləşmək, fikrində götür-qoy eləmək. [Xırda xanım:] ..Bol xəyalat eyləmişəm. Bir neçə vaxt işi düzəldib toy fikrinə düşmüşəm.. N.Vəzirov. Xəyalat götürmək dərin düşüncələrə qərq olmaq, fikir-xəyal götürmək. Insanı xəyalat götürəndə hər cür nataraş fikirlər adamdan əl götürmür. Məmmədquluzadə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalat məni götürdü. Ə.Haqverdiyev. Həmzəbəyi xəyalat götürdü. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|