Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XƏYAL

is. [ər.] 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt gözümün qabağından getmir. // Xəyala, fikrə gələn şeylər; xəyalat. Pəncərənin önündə o, dayanır lal kimi; Gördükləri görünür gözünə xəyal kimi. B.Vahabzadə. Yenə uzaq yollar keçir gözümdən; Yenə min xəyalda, min soraqdayam. N.Xəzri.
Fikir, düşüncə. Xəyalım hürr, can sərbəst, fikrim laübalıdır; Məni azad edən sultani-əqli-nöktədanımdır. M.Hadi. □ Xəyal eləmək (etmək) - təsəvvürünə gətirmək, ağlına gətirmək, xəyalına gətirmək, düşünmək, fikir eləmək. Nə xəyal eləyirsən? Könül titrər, gözüm görməz, əlim tutmaz, ayaq getməz; Görər heyranlığım canan, xəyal eylər ki, təmkindir. Qövsi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək, öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmırdı. Ə.Haqverdiyev. Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. Xəyala dalmaq (qapılmaq, getmək) fikrə getmək, dərin düşüncəyə dalmaq. Indi [Şiraslan] yeni bir xəyala qapılır, sanki kainatla qovuşur... S.Rəhimov. Dərin xəyala dalsan; Mən sükutun olaram. N.Xəzri. Mən .. bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm. Z.Xəlil. Xəyala gəlmək - yada düşmək, anılmaq, xatırlanmaq, təsəvvürə, fikrə gəlmək, xəyalında canlanmaq.
Ol aftabrüxlə keçən günlərim mənim; Indi gəlir xəyalıma hicrində xabtək. S.Ə.Şirvani;
ağlına gəlmək, düşünmək. ..Xəyalımagəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. Xəyalına gətirmək - xəyalında, təsəvvüründə canlandırmaq, yadına salmaq, xatirə gətirmək, düşünmək, fikrinə, təsəvvürünə gətirmək. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. Qarı oturduğu yerdə gözlərini yumub, dumana bürünmüş uzaq günlərini xəyalına gətirdi.. Ə.Məmmədxanlı. Xəyalına girmək - ağlına gəlmək, fikrinə gəlmək, düşündürmək. [Taybuynuz öküz] işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir... F.Köçərli. Xəyalında canlanmaq - təsəvvüründə, hafizəsində canlanmaq, gözünün qabağına gəlmək, təsəvvürünə gəlmək, yadına düşmək. Gələcək Bakı - əməkçi Bakısı xəyalında canlanır. M.S.Ordubadi. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlifi qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı.. Ə.Məmmədxanlı.
məc. Arzu edilən, həsrəti çəkilən şey mənasında. Ləbin xəyalı ilə dildə şur olur peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz. S.Ə.Şirvani. [Mayanın] ata minmək, atın üstündə yol getmək isə şirin xəyalı idi. M.İbrahimov. □ Xəyalından keçmək fikrindən keçmək, arzusunda olmaq, ürəyindən keçmək. [Hacı Kamyab:] [Fərmanın] xəyalından mənim qızımı almaq keçir. Qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. // Başa gəlməz, boş xəyaldan ibarət olan şey; xülya. Sevda nədir? Hicran nədir? Bir xəyal! M.Müşfiq. □ Xəyal kimi - kölgə kimi, kabus kimi. Doğrusu ... hər zaman gözlərimdə siz; Gəlib durursunuz bir sual kimi; Gah şirin, gah acı bir xəyal kimi. S.Vurğun. Otağı göyümtül papiros tüstüsü bürüdüyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. Dağlarımın başından qalxıb bir qartal kimi; Gəzdim ana yurdumu canlı bir xəyal kimi. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XUB

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla