İzahlı lüğət

ÜZDƏN

zərf 1. Az dərinlikdə, dayaz. Üzdən belləmək.
2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq.
□□ Üzdən görmək (getmək) - mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq. [Vaqif:] Ay Molla Vəli, - dedi, - bu, insanın özündən asılıdır, insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. Çəmənzəminli. Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahimov. Üzdən iraq özündən sonra gələn (adətən deyilməsi münasib olmayan) sözün və ya ifadənin təsirini azaltmaq üçün ara söz kimi işlədilir. [Zeynal:] ..Bir kişinin, üzdən iraq, bir eşşəyi qalıbmış. Ə.Əbülhəsən. Üzdən olmaq - biabır olmaq, abrı getmək. Əzizim, üzdən oldum; Söhbətdən, sözdən oldum; Bir bivəfa yolunda; Ağladım, gözdən oldum. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ÜN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed