İzahlı lüğət

ÜNSÜR

is. [ər.] 1. Qədim materialist fəlsəfədə: təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).
kim. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.
məc. Hər hansı ictimai təbəqənin nümayəndəsi. Cəmiyyətin mütərəqqi ünsürləri. ..Nəsir [Qədirin] istirahət və səadətini əlindən almağa .. çalışan müzür bir ünsürdür. S.Hüseyn. [Rəbi:] Düşmən ünsürlərdən də bir çoxunu yaxaladım. C.Cabbarlı. // Şəxs, adam. Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada [əlillər evində] idi. Çəmənzəminli. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri. Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. Ə.Bədəlbəyli. iqlim ünsürlərindən biri də havanın nisbi rütubətidir. “Çay bitkisi” . // xüs. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed