İzahlı lüğət

TAY4

is. Bir yeri iki hissəyə bölən şeyin tərəflərindən biri. Divarın bu tayı. - Pərdənin o tayında da sükut vardı. S.Rəhman. // Eyni mənada dağ, dərə və s. haqqında. Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü. Mir Cəlal. Azərbaycan cənubda - Xəzər sahilində, Qafqaz sıra dağlarının o tayında gözəl bir ölkədir. Ə.Məmmədxanlı. // Eyni mənada çay, göl, dəniz və s. haqqında; sahil, tərəf, yan. ..Girdiman torpağının sərhədi Kür çayının o tayından başlanır. M.Hüseyn. Çayın o tayındakı yoncalıqlarda çoxlu kəpənək və çəyirtkə vardı. Ə. Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed