İzahlı lüğət

TAYDƏYİŞİK

sif. Cüt olmayan, komplekt olmayan, dəyişik salınmış. Taydəyişik tufli. □ Taydəyişik düşmək - bütövlüyü, tamlığı, komplektliliyi pozulmaq, birinin yerinə başqası düşmək, yerləri səhv düşmək. Ayaqqabılar taydəyişik düşüb. Taydəyişik geymək - sağ ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) səhvən sol və ya əksinə, sol ayaq (əl) üçün olan ayaqqabını (əlcəyi) sağ ayağa (ələ) geymək. Ayaqqabını taydəyişik geymək. - Köynəyini tərs geyirsən; Çəkmələri taydəyişik; Addımını atdıqca sən; işıqlanır bu ev-eşik. Ə.Kürçaylı. Taydəyişik salmaq - 1) bax taydəyişik geymək. Ayaqqabılarını taydəyişik salmaq; 2) səhvən birisini, ya bir şeyi başqası ilə qarışdırmaq, çaşdırmaq. [Hüseyn:] Mirmahmud, deyəsən, axı bunlar bizi taydəyişik salıblar.. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed