İzahlı lüğət

TƏNBEH

is. [ər.] Məzəmmət, danlama, danlaq. Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı. M.Ibrahimov. □ Tənbeh etmək (eləmək) - məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək. - [Hacı Bayram:] Günahım varsa tənbeh eləyin, yox isə qalım burada. Ə.Haqverdiyev. // Ümumiyyətlə, cəza. [Hökumət] kəndlərdə tənbeh üçün qazaq qoyurdu. E.Sultanov. Xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. □ Tənbeh etmək (eləmək) - cəzalandırmaq. Uşağı nadinclik üstündə tənbeh etmək. - Bayraməli arvadının qaçmağından xəbərdar olub, ona tənbeh eləmək üçün tutub, əl-ayağını bağlayıb sabahadək döyür, bir neçə dəfə də əlindəki xəncərlə başını kəsmək istəyir. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed