İzahlı lüğət

SOYUQ

sif. 1. Hərarəti olmayan, temperaturu aşağı olan (hava və s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış. - Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. Çəmənzəminli. [Şofer:] Bir yandan islanıb soyuqdan əsirəm, bir yandan da qorxudan məni soyuq tər basıb. M.Rzaquluzadə. // Is. mənasında. Soyuq hava, şaxta. Bu soyuqda hara gedəcəksən? Soyuqda oturmaq. - [Kərbəlayı Qurban:] Tez ol, qapını aç, soyuq məni kəsdi! Çəmənzəminli. Qadın ayaqyalın idi və belə məlum olurdu ki, soyuğu hiss etmir. H.Seyidbəyli. // Cəm şəklində: soyuqlar - davamlı, sürəkli şaxtalar, soyuq hava. Ilk soyuqlar. Soyuqlar düşdü. Soyuqlar hələ də davam edir. // Üşümə hissi, üşütmə. Canıma soyuq düşdü. □ Soyuq aparmaq - don vurmaq, şaxtadan (soyuqdan) donmaq. Barmaqlarımı soyuq apardı. Soyuq dəymək (olmaq) - soyuqlamaq, soyuqdan azarlamaq. [Sultan bəy:] Indi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov. Soyuq düşmək soyumaq (hava haqqında). Axşam oldu, soyuq düşdü, dərələrdən duman qalxmağa başladı. S.S.Axundov. Dağlarda isə gözlənilmədən soyuq düşmüşdü. M.Hüseyn.
2. Qızdırılmamış, qızdırılmayan, yaxud istini saxlamayan. Soyuq otaq. Soyuq zal. - [Nəbi] qışda odsuz-ocaqsız, soyuq tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. Ə.Abasov. // Bədəni soyuqdan qoruya bilməyən, soyuq keçən, istiliyi olmayan; nazik. Soyuq paltar. Soyuq yorğan. // Soyumuş, lazımınca isti olmayan. Soyuq çay. Soyuq xörək. Soyuq samovar. // Soyudulmuş halda hazırlanan və yeyilən. Soyuq qəlyanaltı. Soyuq yeməklər. // Şimali. Soyuq ölkələr.
məc. Sərt, riqqətsiz, etinasız. Soyuq rəftar, münasibət. Soyuq cavab. Soyuq (z.) görüşmək. - Qız professora iti və soyuq (z.) bir nəzər salaraq heç bir cavab vermədi. I.Əfəndiyev. Nərgiz Qorxmazı bir az soyuq (z.) qarşıladı. Ə.Vəliyev. // məc. Coşğunluğu, ehtirası, hərarəti olmayan; ehtirassız, üzügülməz. Soyuq qəlb. Soyuq adam. Soyuq baxış.
məc. Darıxdırıcı, usandırıcı, ürəksıxan, cansıxıcı, maraqsız, süst. Məclis çox soyuq (z.) keçdi. Məclisi soyuq (z.) görən Məryəm qayıdıb getdi. B.Talıblı.
□□ Soyuq müharibə - imperialist dairələrin beynəlxalq münasibətlərdə gərginlik yaradan və yeni müharibə alışdırmağa doğru yönəldilən düşməncəsinə təcavüzkar siyasəti.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed