İzahlı lüğət

SİMA

is. [ər.] 1. Üz, sifət, bəniz. Gözəl sima. Solğun sima. Uşağın siması. - Aşıq oldum simasına, boyuna; Hayıf ki, kamalda dərin görmədim. Aşıq Ələsgər. [Kərim babanın] hərəkətindən və simasından gəncliyində çox igid və qoçaq olduğu anlaşılırdı. A.Şaiq. □ Mənəvi sima - bir şəxsin daxili aləmi, daxili keyfiyyətlərinin məcmusu. // Surət, sifət. [Qazı Xudayar bəyə:] Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdı. C.Məmmədquluzadə. Bəli, çox fitnələr baş verər, inan; Mələk simasına girəndə iblis. M.Rahim.
məc. Xarici görünüş, bir şeyi səciyyələndirən əlamətlərin məcmusu. Bakının siması gündən-günə dəyişir. - Biz kəndlərimizin simasının bu cür kökündən dəyişilməsinə sevinirik. Ə.Sadıq. Sənətkarın öz əsərində yaratdığı tip.
Şəxsiyyət, şəxs. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. Cəlil Məmmədquluzadə Azərbaycan klassik yazıçıları içərisində görkəmli və böyük simalardan biridir. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SUP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed