İzahlı lüğət

SOYUMAQ

f . 1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu. - Hava da bərk soyumağa başlayırdı. M.Hüseyn. ..Xəzəllər töküldü, toz qopdu, hava soyudu. Mir Cəlal.
məc. Getdikcə həvəsdən düşmək, ruhdan düşmək. işdən soyumaq. - Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram. S.Vurğun. [Dəmirov] işin qalmağından, adamların soyumağından ehtiyat edirdi. S.Rəhimov.
məc. Getdikcə məhəbbətini, hissini itirmək, daha istəməmək. Uşaqlardan soyumaq. - [Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan? M.F.Axundzadə.
□□ Acığı (hirsi) soyumaq - bax acıq. Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. Çəmənzəminli. Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed