İzahlı lüğət

SÖYKƏK

is. 1. Dayaq, söykənəcək; söykənmək üçün hər cür şey. Salman söykəyə dirsəklənərək bir-iki dəfə öskürdü. Ə.Vəliyev. Növrəstə evdən mütəkkə gətirib Nəbiyə söykək qoydu. Ə.Abasov. □ Söykək vermək dayaq etmək. Dirsəyə söykək vermək. - Oğlan qolunu Nərgizin başına söykək verdi. B.Bayramov. Söykək durmaq - dayaq olmaq.
məc. Kömək, arxalanılacaq, dayanılacaq şey. □ Söykək durmaq - kömək etmək, dayaq olmaq. Yıxılana söykək durmaq. Yavanlıq mənasında. O kişi, atası rəhmətlik də bir yük kartof düzəldərdi, gətirib gələrdim, həm yavanlıq, həm də çörəyə söykək olardı. S.Rəhimov. Yapışıq, bitişik, söykənmiş, dayanmış, dirənmiş. Dağın bir tərəfi meşəyə söykəkdi. Ə.Vəliyev. Az keçməmiş, meşəyə söykək bir yerdə tonqal çatıldı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed