İzahlı lüğət

SOYUQLUQ

is. 1. Soyuq şeyin halı, hərarət olmaması, hərarətsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuqluğu. - Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. T.Ş.Simurq. Payızdır... havada soyuqluq da var; Onunçun yarpağı tökür indi o. N.Xəzri.
məc. Əvvəlki məhəbbətin, hörmətin, yaxınlığın olmadığı hal, soyuq münasibət; sərinlik. Aralarında soyuqluq var. - Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər. Çəmənzəminli. [Murad Nigarın] rəftar və hərəkətlərində özünə qarşı bir soyuqluq hiss etdi. S.Hüseyn. □ Soyuqluq göstərmək - soyuq münasibət göstərmək, soyuq qarşılamaq.
məc. Başısoyuqluq, səhlənkarlıq. □ Soyuqluq eləmək - öz işinə soyuq baxmaq, səhlənkarlıq, diqqətsizlik eləmək, fikir verməmək, laqeydlik göstərmək. [Qaragözov:] Soyuqluq eləməyin, müalicəni yarımçıq qoymayın! Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SE

......
first box will be shown second NOT