İzahlı lüğət

SIÇRAMAQ

f 1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. irəliyə sıçramaq. - Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı. B.Talıblı. // Atlanıb (hoppanıb) keçmək. Gülşən Yasəmənin sözündən xoşlanmadı: - Arxı sıçramamış barakallah gözləməyin. Ə.Vəliyev. // Hoppanıb qalxmaq (oturmaq). Surxay kəhərin belinə sıçradı. M.İbrahimov. Oğul sıçradı ata, yel kimi uçdu getdi; Elə bil ov dalınca alıcı quşdu, getdi. R.Rza.
2. Səpilmək, çilənmək. Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed