İzahlı lüğət

SAL1

is. Plitə şəklində iri, bütöv yastı daş parçası. Həyətinə sal daşı döşənmiş ev iki kəllə, bir orta otaqdan ibarətdir. Ə.Vəliyev. Kim isə lap qədim zamanda bulağın ətrafını daş ilə hördürmüş, qabağına içi yonulmuş iri bir sal qoydurmuş, əmələ gələn kiçik hovuza novça qayırtdırmışdı. Ə.Sadıq. // Sif. mənasında. İri, bütöv. Sal buz. - Ətrafı boz daşdan uca bir hasar; Üstü sal dəmirli qalın qapılar. H.K.Sanılı. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım çatlamış sal şüşəsidir. M.İbrahimov. [Səfərin] cavanlıq vaxtında .. ağ sal daşlara vurduğu tişənin ahəngdar səsi gecə də qulağından getməzdi. Mir Cəlal. // Sif. mənasında. Lay, təbəqə şəklində olan. Hər bir yay fəsli küçələrdə, arabalarda buz sallarını görəndə.. o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir. C.Məmmədquluzadə. Bu zaman göy qübbəsi sal dəmirə dönür. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SEX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed