İzahlı lüğət

SƏHHƏT

is. [ər.] Sağlamlıq, cansağlığı. Səhhəti pozulmaq. Səhhətini qorumaq. - Gülnaz indi qalın cildli bir kitabı vərəqləyir, uşaq səhhətinə aid şəkillərə baxırdı. S.Rəhimov. Canına bax, elə olsun səhhətinə ziyan olmasın. Mir Cəlal. □ Səhhət tapmaq - sağalmaq, yaxşı olmaq, şəfa tapmaq. [Fərhad:] Nəhayət, mən səhhət tapdım. C.Cabbarlı. ..Molla Cəfərqulu tibb elminə dara olduğundan möhtaci-dərman və müalicə olanlara müraciət edir və çoxları ondan səhhət tapır. T.Ş.Simurq. Səhhəti-vücud! - canın-başın sağ olsun! (Hamamdan çıxan adama səhhət arzusu bildirir). [Məşədi Qəzənfər:] Məşədi ibad, səhhəti-vücud! Allah mübarək eləsin! Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed