İzahlı lüğət

SOL

is. 1. Bədənin ürək yerləşən tərəfi, bədənin sağ tərəfinin əksinə olan hissəsi. // sif. Həmin tərəfdə olan, yerləşən. Sol əl. Sol ayaq. Sol böyür. - [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Lakin Yusif yenə də tövbə deməmiş, dəcəlliyini tərgitmək əvəzinə, eşşəkdən yıxılıb sol biləyini sındırmışdı. İ.Hüseynov. // sif. Sağ qola müqabil olan, sol tərəfdə, ya tərəfdən yerləşmiş; sağ müqabili. Sol tərəfə döndü. Sol cibindən pul çıxartmaq. Kürün sol sahili. - Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Ü.Hacıbəyov. Sol divarda bir əl, iki ayaq kölgəsi göründü. H.Seyidbəyli.
sif. Siyasi cəhətdən başqalarına görə daha radikal olan (bu məna parlament salonunda radikal və inqilabçı partiyaların üzvlərinin sədrdən sol tərəfdə oturması ənənəsindən gəlmişdir). Parlamentin sol fraksiyaları. // Cəm şəklində: sollar - sol partiyaların üzvləri, sol partiyaların nümayəndələri. Səsvermədə sollar iştirak etmədilər. - Biz açarkən bizə düzgün yollar; Sürünür arxada “sağlar” , “sollar” . M.Müşfiq.
sif. Ancaq üzdən radikal olub, öz mahiyyətlərini inqilabi ibarələrlə gizlədən opportunist. Sol təmayül.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed