1
SİRAYƏT sözünün izahı / SİRAYƏT sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

SİRAYƏT

is. [ər.] Yoluxma, keçmə. □ Sirayət etmək - 1) yoluxmaq, keçmək. Xəstəlik sirayət etdi. Qrip sirayət edən xəstəlikdir;
keçmək, keçərək yayılmaq. Səs əvvəl [Zeynalın] qulaqlarında əcaib bir halda cingildəyib, cəmi bədəninə sirayət etdi... Çəmənzəminli. [Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi bütün bədənimə sirayət etmişdi. T.Ş.Simurq. // Məc. mənada. [Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə. ..Bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Ə.Məmmədxanlı. Səməndərin gülüşü Nərgizə də sirayət elədi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Azərbaycanda pandemiya dövründə ən çox hansı kitablar oxunub?
Şagirdin məktəb hazırlığı neçəyə başa gəlir?
Təhsil kreditlərinin veriləcəyi tarix bəlli oldu
Tələbələr üçün yeni sistem yaradılıb