İzahlı lüğət

RABİTƏ

is. [ər.] 1. Bağlılıq, münasibət. Nəzəriyyə ilə təcrübə arasında rabitə. Işi ilə sözü arasında rabitə yoxdur. - Aldığım məktubla “sizi tanıyıram” sözü arasında sıxı bir rabitə vardı. S.Hüseyn. // Əlaqə, münasibət, irtibat. Rabitə xidməti. Canlı rabitə. Telefon rabitəsi. - [Müəllim:] Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Ə.Haqverdiyev.
2. Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi (poçt, teleqraf, telefon, radio). Rabitə işləri. Rabitə şöbəsi. Rabitə işçiləri. // Hərbi hissələr arasında müxtəlif vasitələrlə həyata keçirilən əlaqə xidməti; irtibat. Rabitə rotası. - Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. I.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed