İzahlı lüğət

RİCA

is. [ər.] Birinə müraciət edərək bir işin yerinə yetirilməsini arzu etmə, istəmə; xahiş. Ricasını yerinəyetirmək. - Min göz ilə ağlasın aləm gərək əhvalıma; Çünki əğyarın ricasilə məni yar öldürər. Heyran xanım. [Xədicənin] ricasını yerə salmaq istəmirdim. S.Hüseyn. □ Rica etmək (eləmək) - xahiş etmək, yalvarmaq. Sonra hamı rica etdi ki, bu oyunu [Qaraca qız] bir də təkrar etsin. S.S.Axundov. Uşaqlardan biri.. həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

RAH

ROK

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed