İzahlı lüğət

RƏHMƏTLİK

is. 1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum. Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə. [Cahan:] Indi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür. Ü.Hacıbəyov.
Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir. [Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi. B.Talıblı. Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir. I.Əfəndiyev.
Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir). [Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu. Qantəmir. Ah rəhmətlik balası, başını qoyub yatsana. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed