Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

RUZİGAR

is. [fars.] 1. Külək, yel. ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi. Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın təsiri ilə sakit bir dəniz kimi ləpələnir. S.Hüseyn. // məc. Təşbehlərdə: iti, sürətli mənasında. Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! Ə.Cəmil.
Hava mənasında. Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı. - Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.
məc. Dövran, zəmanə; tale, fələk. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigarpuç etmək istəyir. N.Nərimanov.
məc. Ömür, yaşayış, həyat, gün. Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. M.P.Vaqif.
Güzəran, vəziyyət, gün, hal. Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. [Tafta:] Qabaqlar [Sevili] gördüm, göz gərək ruzigarına ağlasın. C.Cabbarlı. Ana mehriban gözlərini Cəmilə dikib balasının ağır ruzigarına acıyırdı. S.Rəhimov. □ Ruzigarını keçirmək - gün(ünü) keçirmək, birtəhər yaşamaq, həyat sürmək. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd pud duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür ruzigarını keçirir. C.Məmmədquluzadə.
□ Ruzigarı bəd əsmək - bəxti gətirməmək, bəxti küsmək, taleyi üz döndərmək. Biçarə Məhəmmədin ruzigarı bəd əsdi; Üzünə saldı, gəldi bu altıncı qız - “Bəsti” . Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<