İzahlı lüğət

REALİZM

[lat. realis - maddi, həqiqi]
Həqiqi vəziyyəti, şəraiti, imkanları və qüvvələrin nisbətini dərketmə bacarığı. Obyektiv varlığı və onun tipik xüsusiyyətlərini düzgün əks etdirməkdən ibarət bədii idrak üsulu, habelə ədəbiyyat və incəsənətdə həqiqi varlığı daha dolğun, daha düzgün, daha real əks etdirməyi bir məqsəd olaraq qarşısına qoymuş cərəyan. M.F.Axundzadənin realizmi. Rəssamlıqda realizm. N.Vəzirov və Ə.Haqverdiyevin əsərlərinin yaraşığı, hətta onların gücü, belə, həyata, varlığa sadiq olmalarında, ifadənin, bədii təsvirin həqiqiliyində, realizmindədir. M.Ibrahimov.
XIX əsr fəlsəfəsində idealizmə zidd cərəyanları göstərmək, müasir burjua fəlsəfəsində isə bir qayda olaraq bəzi cərəyan (məs.: neorealizm, tənqidi realizm və s.) tərəfdarlarının öz idealist mahiyyətlərini ört-basdır etmək üçün işlətdikləri termin.
Ümumi məfhumların əşyalardan qabaq və onlardan asılı olmayaraq mövcud olduğunu iddia edən orta əsr dini-idealist fəlsəfi cərəyanının adı.
□ Sosializm realizmi tar. - sovet bədii ədəbiyyatı və incəsənətinin, dünya inqilabi ədəbiyyatının yaradıcılıq metodu. Sosializm realizminin erkən sələfləri. Tənqidi realizm - sənətin inkişafında müstəqil mərhələ təşkil edən, başlıca xüsusiyyəti gerçəkliyin dərin və düzgün əks etdirilməsi, kapitalizm quruluşu qüsurlarının və ziddiyyətlərinin ifşası, demokratik sosial idealların əsaslandırılmasından ibarət olan bədii cərəyan. Tənqidi realizmin böyük ustaları.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

RAH

RAM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed