İzahlı lüğət

RADİO

[lat. radio - şüalandırıram] 1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya, radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.
Bu dalğalar vasitəsilə verilən siqnallar, səslər, radio və televiziya verilişi proqramları və s. Radioya qulaq asmaq.
Radioqram. Moskvadan indicə radio alınmışdır. Paroxoddan hava haqqında radio alındı.
dan. Radiostudiya. Radioda işləmək.
dan. Radioqəbuledici, reproduktor. Yeni markalı radio.
radio... [lat. radiare - şüalanmaq, şüa buraxmaq, radius - şüa] Mürəkkəb sözlərin birinci hissəsi olub aşağıdakı mənalarda işlənir: 1) radioya aid olan, radio ilə bağlı olan; məs.: radioklub, radioteleqram; 2) radiuma, radioaktivliyə, radiasiyaya aid olan; məs.: radioelement, radioizotoplar və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ROK

ROL

RUZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed