İzahlı lüğət

QURBAGA

is. 1. Sıçramaq üçün dal ayaqları uzun, suda və quruda yaşayan quyruqsuz heyvan. □ Qara qurbağa - qurbağanın çöldə (quruda) yaşayan növü. Ağac qurbağası - qurbağanın ağacda yaşayan növü; yaşıl qurbağa. Quyruqlu qurbağa - qurbağa balası, çömçəquyruq. Qapının bir tayını bərkidib saxlamaq üçün dil şəklində cəftə.
□ Qurbağa(nın) gölünə daş atdı(lar) (daş atıldı) - birdən-birə sükut düşmək, hamı susmaq, səslər kəsilmək mənasında. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. C.Məmmədquluzadə. Elə bil qurbağanın gölünə daş atıldı, Tapdıq səsini kəsdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed