1
QƏŞŞ sözünün izahı / QƏŞŞ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QƏŞŞ

is. [ər.] Özündən getmə, ürəyi getmə, bayılma, bayğınlıq. Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım. A.Səhhət. □ Qəşş etmək (eləmək)
1) özündən getmək, ürəyi keçmək, bayılmaq. ..Ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi. S.S.Axundov. Xan .. Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Nökər yerə düşüb qəşş etdi. Çəmənzəminli; 2) həddindən artıq istəmək, bir şeyin arzusunda, həsrətində olmaq. Qəşş olmaq - son dərəcə ruhlanmaq, canlanmaq, ləzzət aparmaq. Nə müqəddəs havası var.. hər an; Nəfəs aldıqda qəşş olur insan. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Məktəb bufetlərinin açılması üçün tələblər
Hökumət ali məktəblərə səlahiyyət verdi, amma…
Yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportu olmalıdır
Siniflərdə partaların bir-birindən nə qədər aralıqda düzülməlidir?