İzahlı lüğət

QOLAC

is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). İpin uzunluğu beş qolacdır. Siyah zülfü dal gərdəndə bir qolac; Sona cıqqası tək ucları qıyqac. Q.Zakir. Ucu əşrəfili bulud kimi saç; Dal gərdəndə hər hörüyü bir qolac. M.P.Vaqif. // sif. Uzun mənasında. Xaqanlar başına şeşpər daldıran; Qolac qollar buran qoç Koroğludur. “Koroğlu” . Bəs onun gülər üzü hanı, qolac saçları, dəyirmi sifəti? Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......