İzahlı lüğət

QOL-BUDAQ

top. 1. Ağacın böyük və kiçik şaxələri. Hündür, dümdüz şam ağaclarının qol-budaqları üşüyürmüş kimi qar ləpələri altında titrəşirdi. M.İbrahimov. Qol-budaq atmaq - 1) şaxələnmək, ətrafa yayılmaq, genişlənmək. Hələ qış aylarında torpağa basdırılmış soyuğa davamlı gül şitilləri açıq havada artıq qol-budaq atmağa başlamışdı. - Keçən il gətirdiyim ağacların hərəsi 25 santimetr, eləsi var, yarım metr qolbudaq atıb. Mir Cəlal; 2) məc. inkişaf etmək, tərəqqi etmək, artmaq. O görür qol-budaq atmış quruluş; O görür ki, başa çatmış quruluş. S.Rüstəm.
məc. Əl-ayaq, ətraf üzvlər. Qol-budağım qırıldı.
məc. dan. Qohum-qardaş, əqrəba və yaxın adamlar mənasında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed