İzahlı lüğət

QƏNİMƏT

is. [ər.] 1. Müharibədə düşməndən alınan hər cür şey. Atlı bölüklər meydandan çapıb keçərkən dünənki döyüşdə düşməndən qənimət aldıqları qara bayraqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önündəyerə atırdılar... Ə.Məmmədxanlı.
2. Təsadüfən ələ keçən və bir daha ələ keçməsi mümkün olmayan şey, tapılmış kimi olan şey. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. // Fürsət.
Bir belə .. şəxs ilə qohum olmaq elə bir qənimətdir ki, dünyada az-az adama qismət ola bilər. C.Məmmədquluzadə. Etməyin qəflət, bu fürsətdən qənimət vaxtıdır. M.Ə.Sabir. □ Qənimət bilmək (saymaq) - fürsət bilmək, fürsətdən istifadə etmək, tapılmış kimi bilmək. Gülün vüsalını gülzardə qənimət bil; Ki, bir də ömrünə yox etibar, ey bülbül! S.Ə.Şirvani. Mən də kağız tapa bilməyib, divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim. C.Məmmədquluzadə. Osman kişi ömrünün hər dəqiqəsini qənimət bilir, hər anından həzz alır. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed