PLANLAŞDIRMAQf. 1. Tikinti, qurğu və s.-nin planmı və ya layihəsini tərtib etmək, hazırlamaq, planlamaq. Binanı planlaşdırmaq.
Plana, çertyoja əsasən düzəltmək, yerləşdirmək; bir şeyin çertyoja, plana əsasən qurulması, yerləşdirilməsi üçün yer ayırmaq. Parkı planlaşdırmaq. Hər hansı bir tədbirin, işin və s.-nin gedişi, inkişaf etdirilməsi planmı tərtib etmək. Yaz tarla işlərini planlaşdırmaq. // Bir işin həyata keçirilməsi, başa çatdırılması üçün plan üzrə vaxt təyin etmək. Ekspedisiyanı may ayına planlaşdırmaq. Işin bitməsi, cümə gününə planlaşdırılmışdır. Paylaşın - Hamı bilsin
|